AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib? Açıqlama
Digərləri 19 Dek 2025 22:30:00 52 0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu xəbəri də oxu: Qaynanmış yumurtanı tezbazar soymağın ən asan üsulu
Son.az xəbər verir ki, AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, həmin fəxri diplomlar bu ilin aprelində təqdim olunub:
"Ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də "bir müddət öncə" deyil, Milli Elmlər Akademiyasının "Elm günü" ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub.
AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin "Elm günü" tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub".
Qeyd edilib ki, AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov ("Xalq qəzeti"nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev ("525-ci qəzet"in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev "Elm günü" tədbirlərində fəxri diplomlarla təltif olunublar:
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.
"Ən böyük arzum qadın olub, evimin xanımı olmaqdır. Bu arzum heç va
26 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün
Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsul
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla
Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nica
Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İra
Əkiz bacılar Sevil və Sevinc plastik-əməliyyat etdirməklə bağlı suallar
Saçı tez-tez yumağın faydalı olduğu düşünülür, lakin mütəxəssislə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhs
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danı
