Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb


Digərləri 24 Dek 2025 03:03:00 82 0

Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb

ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmaların ilk əlaməti ola bilər. Bəzi hallarda bu simptom ciddi xəstəliklərin başlanğıcı kimi ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, səbəbsiz və uzunmüddətli qaşınma müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Həkimlər ilkin olaraq terapevt müayinəsini tövsiyə edir. Zərurət olduqda pasiyent dermatoloq, endokrinoloq, allerqoloq və digər mütəxəssislərə yönləndirilə bilər.

Milli.az dərinin qaşınmasına səbəb olan ən yayılmış 15 səbəbi təqdim edir:

1. Allergiya Dəri qaşınmasının ən geniş yayılmış səbəblərindən biridir. Heyvan tükləri, yuyucu vasitələr, qidalar, kosmetik məhsullar allergik reaksiyaya səbəb ola bilər. Allergeni müəyyən edib ondan uzaq durmaq əsas şərtdir.

2. Neyrodermit Allergiyanın daha ağır forması hesab olunur. Dəri qalınlaşır, nahamar olur və qaşınma əsasən gecələr güclənir. Xəstəlik stress fonunda kəskinləşə bilər.

3. Stress və psixoloji pozuntular Güclü stress, depressiya və bəzi psixi xəstəliklər də qaşınma ilə müşayiət oluna bilər.

4. Şəkərli diabet Qanda şəkərin yüksəlməsi ümumi və ya lokal (cinsiyyət orqanları, anus) qaşınmaya səbəb olur. Susuzluq, tez-tez sidiyə çıxma, halsızlıq kimi əlamətlərlə müşayiət edilir.

5. Qara ciyər xəstəlikləri Sirroz və qaraciyər xərçəngi zamanı qaşınma çox güclü və dözülməz olur. Sarılıq, tünd sidik və halsızlıq da müşahidə edilə bilər.

6. Böyrək xəstəlikləri Böyrəklərin qanın təmizlənməsində zəifləməsi orqanizmdə toksinlərin yığılmasına və qaşınmaya səbəb olur.

7. Qotur (uyuz) Mikroskopik gənələr səbəbindən yaranır. Hazırda nadir hallarda rast gəlinir.

8. Dərman preparatları Bəzi dərmanların yan təsiri kimi qaşınma yarana bilər. Bu halda həkimə müraciət edilməlidir.

9. Göbələk infeksiyaları Əsasən ayaq pəncələri və cinsiyyət orqanlarında rast gəlinir. Xüsusi göbələkəleyhinə müalicə tələb olunur.

10. Babasil və proktoloji problemlər Anus nahiyəsində güclü qaşınma, ağrı və qanlı ifrazatlar müşahidə edilə bilər.

11. Psoriaz Xroniki dəri xəstəliyidir. Dəri ağ pulcuqlarla örtülür və güclü qaşınma olur.

12. Cinsi yolla keçən infeksiyalar Cinsiyyət orqanlarında qaşınma, qeyri-adi və iyli ifrazatlar müşahidə edilə bilər.

13. Hormonal dəyişikliklər Xüsusilə qadınlarda klimaks dövründə qaşınma və quruluq yaranır.

14. Prostat xəstəlikləri Kişilərdə prostatit və prostat adenoması anus və cinsiyyət orqanlarında qaşınmaya səbəb ola bilər.

15. Quru və nazik dəri Xüsusilə yaşlı insanlarda rast gəlinir. Nəmləndirici vasitələrin istifadəsi tövsiyə olunur.

Bu simptomlar sizdə varsa virusa yoluxmusunuz  Həkimə gedin like
  • 24 Dek 02:02  
Digərləri Bu simptomlar sizdə varsa virusa yoluxmusunuz Həkimə gedin

Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım mü

arrow Ətraflı
Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI like
  • 24 Dek 01:01  
Digərləri Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir m

arrow Ətraflı
Leyla Əliyeva və Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər like
  • 24 Dek 00:48  
Siyasət Leyla Əliyeva və Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi

arrow Ətraflı
Təranə toy qiymətini açıqladı: “Rayona 10 minə…” like
  • 24 Dek 00:43  
Şou-biznes Təranə toy qiymətini açıqladı: “Rayona 10 minə…”

Müğənni Təranə Qumral toy qiymətini açıqlayıb.

arrow Ətraflı
“Yaxınlaşıb dedi ki, ərim səni sevir” like
  • 24 Dek 00:32  
Şou-biznes “Yaxınlaşıb dedi ki, ərim səni sevir”

Müğənni Nəfəs açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Liviya Baş Qərargah Rəisini daşıyan təyyarənin düşmə Anı like
  • 24 Dek 00:20  
Dünya Liviya Baş Qərargah Rəisini daşıyan təyyarənin düşmə Anı

Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın

arrow Ətraflı
Türkiyəli məşhur aktyor vəfat etdi  FOTO like
  • 24 Dek 00:08  
Şou-biznes Türkiyəli məşhur aktyor vəfat etdi FOTO

Türkiyəli tanınmış aktyor, rejissor və dramaturq Nedret Denizhan dünyası

arrow Ətraflı
Günün qoroskopu: Sevdiyiniz insana xüsusi diqqət ayırmağı unutmayın like
  • 24 Dek 00:01  
Digərləri Günün qoroskopu: Sevdiyiniz insana xüsusi diqqət ayırmağı unutmayın

Son.az 24 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Mehriban Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib like
  • 24 Dek 00:00  
Siyasət Mehriban Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs

arrow Ətraflı
İlkin Süleymanovla bağlı yeni qərar like
  • 23 Dek 23:54  
Digərləri İlkin Süleymanovla bağlı yeni qərar

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirlənd

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 23 Dek 23:53  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Konya vilayətinin Selcuklu rayonunda 3.5 maqnitudalı zəlzələ b

arrow Ətraflı
Dibi qızıl dolu çay tapıldı: İnsanlar bu bölgəyə axın edir like
  • 23 Dek 23:49  
Dünya Dibi qızıl dolu çay tapıldı: İnsanlar bu bölgəyə axın edir

İspaniyanın şimalındakı Asturias bölgəsi son illərdə qeyri-adi kəşf

arrow Ətraflı
Airfrayer yoxsa soba  Hansı daha qənaətcildir? like
  • 23 Dek 23:32  
Digərləri Airfrayer yoxsa soba Hansı daha qənaətcildir?

Mətbəxdə yemək hazırlayarkən "hansı cihaz daha az elektrik işlədir

arrow Ətraflı
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsildi like
  • 23 Dek 23:17  
Digərləri Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsildi

Ankara Esenboğa Hava Limanından Liviyanın paytaxtı Trablusa getmək üçün

arrow Ətraflı
Axtarışda olanlardan biri "ArazNaxçıvan"ın prezidentidir like
  • 23 Dek 23:10  
Digərləri Axtarışda olanlardan biri "ArazNaxçıvan"ın prezidentidir

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtida

arrow Ətraflı