Nazirlikdən əhaliyə çağırış Uşaqlar risk altındadır, böyüklər isə...
Digərləri 24 Dek 2025 15:33:00 63 0
"Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvəndin istifadə olunmasıdır. Peyvəndin tərkibində canlı virus olmadığından peyvənd olunmuş şəxs qriplə xəstələnə bilməz".
Bu xəbəri də oxu: Azər Mehralıyevə VƏZİFƏ verildi
Son.az xəbər verir ki, bunu canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, vaksinasiya olunan şəxslərdə həmin qrip ştamlarına qarşı immunitet formalaşır.
"Ona görə peyvənd olunmuş şəxsin orqanizmi artıq bu virusların hissəcikləri ilə təmasda olduğu üçün payız-qış aylarında baş verən yoluxma zamanı onların əksər hissəsi xəstələnmir və ya infeksiyanı simptomsuz keçirir. Digər qismi isə hətta xəstələnərsə belə, bu zaman xəstəlik yüngül keçir, fəsadlaşmır və tezliklə sağalma baş verir".
Qeyd edib ki, immun sistemi yaşa görə hələ tam formalaşmamış 5 yaşdan kiçik uşaqlar, fizioloji immunsupressiyası olan hamilə qadınlar, 65+ yaşlı ahıl şəxslər, o cümlədən müxtəlif ağır, xroniki xəstəlikləri hesabına immun sistemi zəifləmiş şəxslər qrip infeksiyasını daha əlverişsiz keçirir.
"Peyvənd vasitəsilə birinci növbədə bu şəxsləri qorumaq lazımdır. Beləliklə, qripə qarşı peyvənd olunmaqla özünüzü bir çox xoşagəlməz və bəzən pis nəticələnən xəstəlik hallarından sığortalaya bilərsiniz".
Nəzərə çatdırıb ki, uşaq orqanizmi hələ tam formalaşmadığı üçün müxtəlif infeksiyalara, o cümlədən qripə qarşı heç də həmişə adekvat reaksiya verə bilmir.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 45 523.24 ton
"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsas
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat
Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq
Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyy
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də
İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan isti
