Qroznıda AZALın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb
Digərləri 24 Dek 2025 22:07:00 77 0
Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.
Bu xəbəri də oxu: Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib
Azərbaycanın Moskvadakı səfirliyindən Son.az-a verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.
Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və xalqlar arasında etimadın qorunmasının vacibliyini daim xatırladacaq.
Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun rəmzinə çevriləcək. Son.az
Rəng psixologiyası fərdləri intellekt səviyyəsinə görə təsnif etməsə
Meyxanaçı Vüqar Əbdülov qatıldığı "Rəngarəng" verilişində
Həqiqətən müdrik bir partnyor olduğunuzun əlamətləri çox vaxt sözlərl
Müğənni Samirə ƏliMəryəm ilk dəfə qızı ilə obyekltiv qarşısına ke
Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.
Aktrisa Zarina Qurbanova evliliklə bağlı sualları cavablayıb.
Samir Əliyev Azərbaycanın ən gənc şəhididir. O, 9 iyun 1977-ci ildə Cəb
"O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağı
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Lima
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı danı
Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı s
