Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər TARİX


Digərləri 25 Dek 2025 13:05:00 63 0

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər  TARİX

Türkiyədə gələn il minimum əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olacaq. Bu rəqəm ictimaiyyətimizdə birmənalı fikir yaratmayıb. Kimisi qonşu ölkənin getdikcə zəifləyən iqtisadiyyatı fonunda Azərbaycanda minimum əməkhaqqının az olduğunu vurğulayır, kimisi Türkiyə ilə müqayisəni uğursuz adlandırır.

Azərbaycanda da minimum əməkhaqqı 1000 manata çata biləcəkmi? Minimum maaş nə qədər olmalıdır?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova Türkiyədə minimum əməkhaqqının təqribən 250 manat ekvivalentində artırıldığını deyib:

"İlk baxışda bu artım kifayət qədər müsbət və yüksək rəqəm kimi görünür. Lakin ərzaq və kommunal xərclərlə müqayisədə qiymətlər Azərbaycanla demək olar eyni səviyyədə, bəzi məhsullarda isə daha yüksəkdir. Digər mühüm məqam mənzil və kirayə xərcləridir. Hazırda minimum əməkhaqqı 22 104 lirə olduğu halda, kirayə qiymətləri əsasən 25-30 min lirə aralığındadır. Sosial-iqtisadi və psixoloji rahatlıq baxımından mənzil təminatı əsas şərtlərdən biridir. Bu yanaşma Azərbaycan üçün daha aktual hesab olunsa da, Türkiyədə kirayədə yaşamaq ciddi problem kimi qiymətləndirilmir. Bunun əsas səbəbi bank depozitləri üzrə illik faizlərin 38-50 faiz arasında dəyişməsidir. Bir çox hallarda vətəndaşlar daşınmaz əmlaka investisiya etməkdənsə, faiz gəlirləri hesabına kirayə xərclərini ödəməyi üstün tuturlar. Alıcıların digər seçimlərindən biri torpaq sahəsi alaraq azmərtəbəli bina tikməkdir. Bu zaman mənzillərin birində özləri yaşayır, bir neçəsini övladlarına verir, qalanlarını isə kirayə məqsədilə istifadə edirlər".

İqtisadçı bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə minimum əməkhaqqının artımı adətən inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur:

"Məsələn, əməkhaqqı 27 faiz artırıldıqda, vergi, xidmət və ərzaq qiymətlərində artım ən azı 40 faizə çata bilir. Azərbaycanda minimum əməkhaqqının 1000 manata çatması yaxın dövr üçün real görünmür, lakin növbəti 5 il ərzində mümkün ola bilər. Ölkələrin iqtisadi strukturu və vətəndaş təfəkkürü fərqli olduğu üçün hər hansı modeli birbaşa tətbiq etmək düzgün deyil. Real əməkhaqqının məbləği qiymət sabitliyi ilə uzlaşmalıdır. Əks halda, maaşın 1200 manat olması fonunda ərzaq və mənzil qiymətləri kəskin bahalaşa, əhalinin böyük hissəsi kirayədə yaşamağa məcbur qala bilər. Ona görə də yeni rəqəmlər müəyyənləşdirilməzdən əvvəl zəruri istehlak məhsullarının qiymətində sabitliyin qorunması əsas şərtdir. Qiymət sabitliyi saxlanılmaqla sahibkarın satış həcmi hesabına qazanc əldə etməsi də mümkün olmalıdır".

Həmin avtobus qanunsuz sərnişin daşıyırmış  AYNAdan AÇIQLAMA like
  • 25 Dek 12:56  
Digərləri Həmin avtobus qanunsuz sərnişin daşıyırmış AYNAdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Sabah Bakıya yağış, rayonlara qar yağacaq like
  • 25 Dek 12:23  
Digərləri Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
J28243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anılıb like
  • 25 Dek 12:19  
Digərləri J28243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anılıb

25 dekabr 2025-ci il, Bakı - 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava

arrow Ətraflı
Qaradağdakı yol qəzası ilə bağlı BDYPİdən AÇIQLAMA like
  • 25 Dek 11:51  
Digərləri Qaradağdakı yol qəzası ilə bağlı BDYPİdən AÇIQLAMA

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu

arrow Ətraflı
"Ərimlə aramızda olan ikimizə aiddir, övladlarıma demişəm ki, ata nə desə, odur"  Xanəndə like
  • 25 Dek 11:45  
Şou-biznes "Ərimlə aramızda olan ikimizə aiddir, övladlarıma demişəm ki, ata nə desə, odur" Xanəndə

Xanəndə Nişanə Baxışova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama

arrow Ətraflı
“Euronews” AZAL təyyarəsi qəzasının ildönümü barədə material yayımladı like
  • 25 Dek 11:44  
Siyasət “Euronews” AZAL təyyarəsi qəzasının ildönümü barədə material yayımladı

"Euronews" telekanalında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-

arrow Ətraflı
Sabiq nazir külli miqdarda borca düşdü like
  • 25 Dek 11:42  
Digərləri Sabiq nazir külli miqdarda borca düşdü

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxs

arrow Ətraflı
Qaradağdakı avtobus qəzasında 2 nəfər ölüb, 9 nəfər yaralanıb  VİDEO like
  • 25 Dek 11:18  
Digərləri Qaradağdakı avtobus qəzasında 2 nəfər ölüb, 9 nəfər yaralanıb VİDEO

25.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
Paytaxtda silsilə oğurluq edən şəxs saxlanıldı like
  • 25 Dek 11:17  
Digərləri Paytaxtda silsilə oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Siyəzəndə avtomobildə yanğın  2 yaşlı uşaq öldü like
  • 25 Dek 11:13  
Digərləri Siyəzəndə avtomobildə yanğın 2 yaşlı uşaq öldü

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

arrow Ətraflı
Bakıda sərnişin avtobusu ağır qəza etdi  Ölənlər və yaralananlar var  YENİLƏNİB like
  • 25 Dek 11:08  
Digərləri Bakıda sərnişin avtobusu ağır qəza etdi Ölənlər və yaralananlar var YENİLƏNİB

Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi m

arrow Ətraflı
Azərbaycanda yeni 50 manat buraxılır like
  • 25 Dek 11:05  
Digərləri Azərbaycanda yeni 50 manat buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımov

arrow Ətraflı
670 minə bataqlığı göl edəcəklər like
  • 25 Dek 10:50  
Digərləri 670 minə bataqlığı göl edəcəklər

Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur "Bənövşə göl

arrow Ətraflı