“Saxta diplomlar bizi ciddi narahat edir” – TKTA sədri
Digərləri 26 Dek 2025 12:22:00 95 0
"Saxta diplom məsələləri, özünüz də bildiyiniz kimi, bizi ciddi şəkildə narahat edir. Təkcə dünən bu istiqamətdə iki nəfərlə görüş keçirmişik və onlar vaxtilə aldadılmış şəxslər sırasında yer alırlar".
Bu xəbəri də oxu: Toyları olacaqdı, faciəvi şəkildə öldülər
Son.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələdə həm işəgötürənlərin, həm də vətəndaşların daha məlumatlı və diqqətli olması vacibdir.
"Təəssüf ki, bəzi insanlar vaxtilə müəyyən şəxslərin vədlərinə inanaraq yanlış qərarlar veriblər. Düşünürük ki, ali təhsil seçimi son dərəcə önəmli bir qərardır. Əgər vətəndaş ali təhsilə üstünlük verir və gələcək həyatını bu istiqamətdə qurmaq istəyirsə, o zaman yalnız sənədə deyil, bilik, bacarıq və səriştəyə əsaslanmalıdır".
Tural Əhmədov qeyd edib ki, bu istiqamətdə işəgötürənlər üçün sənədlərin yoxlanılması və qiymətləndirilməsi mexanizmləri hazırlanıb və müvafiq metodik sənədlərdə öz əksini tapıb.
Onun sözlərinə görə, məqsəd insanların bu mövzuda daha məlumatlı olmalarını təmin etməkdir.
"Xüsusilə hökumətin rəqəmsallaşması fonunda son dövrlərdə 'MyGov' portalında kvalifikasiyanın görünməməsi ilə bağlı müraciətlərin sayı artıb. Belə ki, vətəndaş öz diplomunun sistemdə əks olunmadığını gördükdə şübhələnir və bizə müraciət edir. Araşdırmalar zamanı isə məlum olur ki, həmin şəxs uzun müddət saxta sənədlə aldadılıb. Bu, olduqca ciddi bir məsələdir.
Vaxtilə bəzi hallarda bu cür hallara lazımi diqqət yetirilməsə də, son görüşlər bir daha göstərir ki, məsələyə səthi yanaşmaq düzgün deyil. Nəticədə vətəndaşın vaxtı, resursları və həyatının mühüm bir dövrü itirilmiş olur. Bununla yanaşı, məsuliyyət məsələsi də mövcuddur. Hüquqi-prosessual qaydada aidiyyəti üzrə pozuntu halları aşkar edildikdə, müvafiq qurumlara müraciət edilir. Bu baxımdan hər kəsin daha ehtiyatlı olması vacibdir".
Mina Mikayılova Son.az
Bakıda 18:00-da həyat canlanır.
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiya
Ekranda qarşımıza çıxan "növbəti" məzmunu biz özümüz seçir
"Azərbaycan qanunvericiliyində açıq təhsil (öyrətim) forması nəzə
Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kur
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında Dövlət İmt
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Vaqif Bağırov v
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib
Regionda fəaliyyət göstərən həkimlərin maaşı şəhərdə işləyən hə
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-1
Artıq Bakıda addımbaşı kofe satılan yer var. Hansı ki, "takeaway&quo
Astroloqların proqnozlarına görə, son illərdə maddi, emosional və peşək
Xəbər verdiyimiz kimi, dünən Sabirabadda körpünün uçması nəticəsində
