Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
Digərləri 26 Dek 2025 15:10:00 63 0
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.
Bu xəbəri də oxu: "Mobil telefonlarda olan bakteriyalar unitazdan 18 dəfə çoxdur"
Son.az APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.
Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.
Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. "NB Qrup" şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.
Ruslan Eyyubov həm də bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.
Suriyanın Homs vilayətində yerləşən məscidlərdən birində partlayış q
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həy
Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) "Aşkın Gücü" adl
1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xaric
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
Dekabrın 26-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Bakı şəhərində yerləşən qadın mağazalarından birində oğurluq hadis
Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzində xuliqan
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyah
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqə
Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağ
Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.
