Ərinin ölümünü sifariş verən qadına 18 il həbs cəzası verildi
Kriminal 27 Dek 2025 10:51:00 61 0
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.
Bu xəbəri də oxu: Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, Əzizə Seyidovanın həyat yoldaşını sifarişlə öldürtdürməsi məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Toplanmış sübutlara əsasən, Əzizənin 18, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.
Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin yazında Maştağa qəsəbəsində baş verib.
İş materiallarında yazır ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diya
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-
Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o c
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk
3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D
Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sad
