Leyla Əliyeva "Euronews"a IDEAnın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb


Digərləri 27 Dek 2025 10:13:00 64 0

Leyla Əliyeva "Euronews"a IDEAnın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb.

Son.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib.

Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

"Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə - suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.

Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.

Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.

"Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:

"Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".

"Putinlə hər şey yaxşı olacaq"  Tramp like
  • 27 Dek 10:02  
Dünya "Putinlə hər şey yaxşı olacaq" Tramp

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan

arrow Ətraflı
Kürd düyünü: xarici idarəetmə regional nizamı necə dağıdır like
  • 27 Dek 09:54  
Dünya Kürd düyünü: xarici idarəetmə regional nizamı necə dağıdır

Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona

arrow Ətraflı
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi like
  • 27 Dek 09:45  
Digərləri Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi

Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq

arrow Ətraflı
Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA  Gələn ildən... like
  • 27 Dek 09:41  
Digərləri Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA Gələn ildən...

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki

arrow Ətraflı
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq like
  • 27 Dek 09:34  
Digərləri Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında

arrow Ətraflı
Yeni başçı müavinini işdən çıxardı like
  • 27 Dek 09:28  
Digərləri Yeni başçı müavinini işdən çıxardı

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı olub.

arrow Ətraflı
Atəşkəs sazişi imzalandı like
  • 27 Dek 09:28  
Dünya Atəşkəs sazişi imzalandı

Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk

arrow Ətraflı
Günəşdə güclü alışma oldu like
  • 27 Dek 09:22  
Dünya Günəşdə güclü alışma oldu

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib.

arrow Ətraflı
Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında like
  • 27 Dek 09:06  
Şou-biznes Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında

3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D

arrow Ətraflı
Xarlanmış balın yenidən maye hala gətirilməsi: Çox az insan bu üsulu bilir like
  • 27 Dek 08:43  
Digərləri Xarlanmış balın yenidən maye hala gətirilməsi: Çox az insan bu üsulu bilir

Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sad

arrow Ətraflı
Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir? like
  • 27 Dek 08:08  
Digərləri Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan

arrow Ətraflı
Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti like
  • 27 Dek 07:07  
Digərləri Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Qapı gözlənilmədən döyüldükdə təşvişə düşməyə ehtiyac yoxdur. 

arrow Ətraflı
Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir like
  • 27 Dek 06:06  
Digərləri Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir

Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeks

arrow Ətraflı
İspanaqdakı qum və palçığı yox edən təəccüblü üsul: 1 qaşıq bəs edir like
  • 27 Dek 05:05  
Digərləri İspanaqdakı qum və palçığı yox edən təəccüblü üsul: 1 qaşıq bəs edir

İspanaq yarpaqlarının arasında gizlənən qum və palçıq çox vaxt adi yum

arrow Ətraflı
Şabalıd sevənlərin bilməli olduğu asan üsul like
  • 27 Dek 04:04  
Digərləri Şabalıd sevənlərin bilməli olduğu asan üsul

Şabalıdın qabığını soymaq çox vaxt çətin və vaxt aparan prosesə çev

arrow Ətraflı