Kimisi altı mahnı oxuyub 10 min qazanır, kimisi də yarım saata 8 min...
Şou-biznes 27 Dek 2025 13:53:00 51 0
Artıq 2026-cı ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlar əylənmək, Yeni ili korporativ tədbirlərdə sevdikləri müğənnilərlə birlikdə keçirmək istəyirlər. Tanınmış sənətçiləri konsertlərdə canlı görmək bir çoxunun arzusudur.
Bu xəbəri də oxu: "Xose geridə qalıb, 10 ildir heç nə etmir"
Bəs bu arzunu həyata keçirmək neçəyə başa gəlir? Yeni il tədbirlərində müğənnilərin səhnə qiymətləri nə qədərdir?
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2025-ci il üçün yerli şou-biznes ulduzlarının Yeni il proqramlarında iştirak haqqı artıq bəllidir:
Belə ki, Xalq artistləri - Aygün Kazımova və Röya Ayxan ən yüksək qonorar alan sənətçilər sırasındadır. Hər iki müğənninin toy mərasimində çıxışı 10 min, korporativ tədbirlərdə isə 15 min manat təşkil edir. Onların proqramına 6 mahnı daxildir.
Digər müğənnilərin Yeni il tədbirləri üçün müəyyənləşən qonorarları da açıqlanıb. Belə ki, Xalq artisti Miri Yusif 30 dəqiqəlik proqramla tədbirlərdə 8 min manata çıxış edir.
Xalq artistləri - Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova isə hər biri 30 dəqiqəlik səhnə proqramına görə 7 min manat qonorar tələb edir.
Müğənni Nigar Camal altı mahnıdan ibarət çıxışı üçün 6 min manat alır.
Meyxanaçı Namiq Qaraçuxurlu altı mahnı ilə tədbirlərdə 5 min manata çıxış edir.
Murad Arifin 30 dəqiqəlik səhnə proqramının qiyməti isə 4 min manatdır.
Bundan başqa, Xalq artisti Eyyub Yaqubov toy mərasimlərində 30 dəqiqəlik çıxış üçün 5 min, korporativ tədbirlərdə isə 7 min manat qonorar alır.
Əməkdar artist Lalə Məmmədova 30 dəqiqəlik proqramla tədbirlərdə 4 min manat qarşılığında iştirak edir.
Astroloqlar 2026-cı ilin bir çox bürc üçün köklü dəyişikliklər ili ol
Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Aly
Xaçmaz rayonunda 35 yaşlı qadın evində doğuş zamanı ölüb.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
1 saylı Uşaq İnfeksion Xəstəxanasında sistem şlanqı tapılmır.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL-a məxsus təy
Son illər ərzində vəkillik dinamik şəkildə inkişaf edir. Vəkillərin sa
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenid
Vətəndaş iş zamanı ağır xəsarət alsa da, "Körpü-Bina Tikinti&quo
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi i
ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görü
