Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
Digərləri 27 Dek 2025 12:00:00 54 0
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Son.az-a verilən məlumata görə, 29 may 2025-ci il tarixində Agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.
Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.
Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi i
ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görü
"2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətb
Bakıda piyada qəzadan son anda qurtulub.
Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kere
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diya
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-
Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o c
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
