İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan “Siyasi repressiya qurbanları” muzeyi FOTO
Digərləri 27 Dek 2025 13:31:00 53 0
Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov "Siyasi repressiya qurbanları" muzeyində gördükləri və ictimaiyyətdən gizlədilmiş arxiv materialları barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.
Bu xəbəri də oxu: Süni intellekt videosuna inanıb milyonluq ziyana düşdülər
Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında fəaliyyət göstərən "Siyasi Repressiya Qurbanları Muzeyi", sovet dönəmində "vətən xaini" damğası vurulan minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və amansızca güllələndiyi bir məkandır.
"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abasovun təşəbbüsü ilə bir qrup müharibə veteranı "Siyasi Repressiya Qurbanları Muzeyi" ilə tanış olublar.
Repressiyaya məruz qalmış insanlar barədə ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz xidmətləri olan Mirabbas Məmmədov DSX-nin "Siyasi repressiya qurbanları" muzeyinin girişində qrupu qarşılayır və ardınca general-leytenant Fərhad Tağızadə muzeyə gələrək veteranlarla səmimi görüşür.
1920-ci ildə dövlətin balansına keçən bu bina, 1925-ci ildən başlayaraq müxtəlif vaxtlarda SSRİ-nin əsas repressiv qurumları olan AzÇK - Azərbaycan Fövqəladə Komissiyası, NKVD - Dövlət Təhlükəsizlik Nazirliyi, KQB - Dövlət Təhlükəsizlik Komitəsi fəaliyyət göstərib. Xalq arasında "KQB-nin podvalı" kimi tanınan bu binanın zirzəmisi həmin dövrdə həbs olunanların istintaq kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılmışdı.
Bu gün muzeyə çevrilən bu binanın zirzəmisində qanunsuz həbslərə etiraz və azadlığı simvolizə edən kompozisiyalar yer almış, saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı bərpa edilib. "Siyasi repressiya qurbanları" muzeyinin kiçik otaqları - karserlərdə insanlar dəhşətli işgəncələrlə məruz qalmış, günlərlə divarlarda quraşdırılan zəncirlərdən asılı vəziyyətdə saxlanılırdılar.
Muzeyin əsas zalında "Danışan sənədlər" adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti sərgilənir.
Bakı şəhər komendantının 26 may 1920-ci il tarixli əmrində qeyd olunurdu: "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək...".
Bu kimi sənədlərlə tanış olanda adamın tükləri biz-biz olur.
Xaçmaz rayonunda 35 yaşlı qadın evində doğuş zamanı ölüb.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
1 saylı Uşaq İnfeksion Xəstəxanasında sistem şlanqı tapılmır.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL-a məxsus təy
Son illər ərzində vəkillik dinamik şəkildə inkişaf edir. Vəkillərin sa
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenid
Vətəndaş iş zamanı ağır xəsarət alsa da, "Körpü-Bina Tikinti&quo
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi i
ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görü
"2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətb
Bakıda piyada qəzadan son anda qurtulub.
