Günün qoroskopu: Ünsiyyət bacarığınızın yüksək olduğu gündür
Digərləri 29 Dek 2025 00:01:00 81 0
Son.az 29 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Bu xəbəri də oxu: DYPdən xəbərdarlıq: Yollarda ehtiyatlı olun!
Qoç Həftənin ilk günü sizin üçün karyera və nüfuz məsələləri ilə başlayır. İş həyatınızda özünüzü sübut etmək, rəhbərliyin gözündə yüksəlmək üçün yaxşı fürsətlər yarana bilər. Planlı hərəkət etmək sizə qələbə qazandıracaq. Şəxsi həyatınızda isə tərəf müqabilinizlə gələcəyə dair ciddi söhbətlər edə bilərsiniz. Duyğularınızı ifadə edərkən soyuqqanlı olmağa çalışın.
Buğa Uzaq səfərlər, xaricdə yaşayan tanışlar və ya hüquqi məsələlər bu gün diqqət mərkəzində olacaq. Dünyagörüşünüzü genişləndirəcək yeni bir məlumat öyrənə bilərsiniz. İnam və prinsipləriniz bu gün sınağa çəkilə bilər, ancaq dürüstlüyünüzü qoruyun. Maliyyə baxımından gözlənilməz xərclərdən qaçın və büdcənizi ilin sonuna uyğun tənzimləyin.
Əkizlər Bu gün maliyyə qayğıları, ortaq büdcə və ya bank məsələləri bir az gərginlik yarada bilər. Lakin bu gərginlik sizi daha doğru qərarlar verməyə sövq edəcək. Daxili dünyanızda bəzi qorxularınızla üzləşə və onları dəf edə bilərsiniz. Münasibətlərdə isə səmimiyyət axtarışındasınız; qarşı tərəflə dərin və fəlsəfi mövzularda söhbətlər etmək ruhunuza yaxşı təsir edəcək.
Xərçəng Bütün diqqətiniz ikitərəfli münasibətlərə və tərəfdaşlıqlara yönəlib. Həyatınızdakı insanların sizdən gözləntiləri arta bilər. Bu, həm iş, həm də şəxsi münasibətlərdə balans yaratmalı olduğunuz bir gündür. Ətrafınızdakı insanlarla münasibətlərinizdəki pürüzləri aradan qaldırmaq üçün diplomatik davranın. Təkbaşına deyil, məsləhətləşərək addım atmaq uğur gətirəcək.
Şir Gündəlik rutinlər, iş mühitindəki məsuliyyətlər və sağlamlığınız ön plana çıxır. Çox işləməli olduğunuz bir gün ola bilər, lakin bu sizi qorxutmasın, çünki əməyinizin bəhrəsini tezliklə görəcəksiniz. Sağlamlığınıza diqqət yetirin, xüsusən bel və sümük ağrılarına qarşı həssas ola bilərsiniz. İş yerindəki həmkarlarınızla münasibətlərdə sərt olmaqdan qaçın.
Qız Sizin üçün yaradıcılıq, eşq və hobbilərlə dolu bir gündür. Özünüzü daha rahat ifadə edəcəksiniz. Əgər yaradıcı bir işlə məşğulsunuzsa, bu gün ilham pəriləri sizinlə olacaq. Övladları olan Qız bürcləri üçün onlarla bağlı mühüm və sevindirici hadisələr yaşana bilər. Eşq həyatınızda isə ciddi və uzunmüddətli bir başlanğıc üçün zəmin yaranır.
Tərəzi Eviniz, ailəniz və daxili hüzurunuz bu gün hər şeydən vacibdir. Ailə daxili məsələləri həll etmək, evdə nizam-intizam yaratmaq istəyəcəksiniz. Valideynlərinizlə vaxt keçirmək və ya onlara dəstək olmaq enerjinizi müsbətə doğru dəyişəcək. Karyera və ev arasındakı balansı qorumağa çalışın, çünki iş yerindəki gərginliyi evə gətirmək münasibətlərə zərər verə bilər.
Əqrəb Ünsiyyət bacarığınızın və zehni potensialınızın yüksək olduğu bir gündür. Yaxın çevrəniz, qardaş-bacınız və ya qonşularınızla bağlı mühüm mövzuları müzakirə edə bilərsiniz. Qısa səfərlər və ya yeni bir kursla bağlı araşdırmalar etmək üçün əla vaxtdır. Sözlərinizin çəkisi artır, ona görə də verdiyiniz vədlərə diqqət yetirin. Yazışmalar və sənədləşmə işlərində detallara önəm verin.
Oxatan Bu gün diqqətiniz tamamilə maddi dəyərlərə və maliyyə vəziyyətinizə yönəlib. Gəlirlərinizi artırmaq üçün yeni strategiyalar qura bilərsiniz. Özünüzə olan inamınız maddi uğurlarınıza birbaşa təsir edəcək. Xərclərinizi nizamlamalı olduğunuz bir dövrdəsiniz. Maddi dəyərlərlə yanaşı, öz qabiliyyətlərinizə də yatırım etmək barədə düşünün.
Oğlaq Ayın sizin bürcünüzdə olması özünüzü çox enerjili və məqsədyönlü hiss etmənizə səbəb olur. Həyatınızla bağlı mühüm qərarlar vermək və yeni layihələrə başlamaq üçün ideal gündür. Xarici görünüşünüzdə dəyişiklik etmək və ya özünüzü daha yaxşı təqdim etmək üçün uyğun zamandır. Liderlik keyfiyyətləriniz ön plana çıxır və insanlar sizin ətrafınızda toplaşmağa meylli olur.
Dolça Sizin üçün bir az geri çəkilmə və daxili hesabat aparma vaxtıdır. İctimaiyyətdən uzaq durmaq, özünüzlə tək qalmaq ruhunuza yaxşı təsir edəcək. Yarımçıq qalmış mənəvi məsələləri tamamlamaq və yeni ilə təmiz bir ruhla girmək üçün meditasiya və ya dua ilə məşğul ola bilərsiniz. Yuxularınız bu gün mühüm mesajlar daşıya bilər, onlara diqqət yetirin.
Balıqlar Sosial çevrəniz, dostlarınız və gələcək arzularınız bu günün əsas mövzusudur. Dostlarınızla bir araya gəlmək və ya onlarla gələcək layihələri müzakirə etmək üçün yaxşı fürsətdir. Cəmiyyət üçün faydalı işlərlə məşğul olmaq istəyiniz arta bilər. Bir dostunuzun məsləhəti sizə mühüm bir qapı aça bilər. Ümidlərinizi yüksək tutun, çünki ulduzlar sizi dəstəkləyir. Lalə Qüdrətova Son.az
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlid
Paytaxtda marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi ba
Adi bir şam yeməyini restoran şah əsərinə çevirmək üçün bahalı avada
Son illər uşaqlar arasında ən populyar onlayn oyun platformalarından biri o
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Trampın
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Yeni araşdırma, orta dərəcədə spirtli içki qəbulunun ciddi xəstəliklə
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində "Azərbaycan dili&quo
Yeni ilə sayılı günlər qalıb. Hər kəs ilin son gününü yola salıb 202
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən gündəmə gəlib.
Yeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında
Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobi
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu axş
Dörd bürc üçün soyuq mövsüm asanlıqla və ahəngdar şəkildə - kəskin
Gələn ildən İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndiril
