Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən qayınatası imiş
Digərləri 30 Dek 2025 13:16:00 57 0
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə akademik Ziya Bünyadovun qətli ilə bağlı ömürlük məhkum edilmiş Mahir Zeynalovun həbsdən azad edilməsinə çalışan Akif Bağırovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Bayram günlərində Bakıda 10 dərəcə isti olacaq
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən Akif Bağırovun 71 yaşı var. Azadlığa çıxarmağa çalışdığı Mahir isə onun kürəkənidir. Müttəhimə bu işin müsbət həlli üçün xarici xüsusi xidmət orqanları tərəfindən 310 min manat pul göndərilib.
O, həmin pulu rüşvət kimi verib Mahiri azadlığa çıxarmağı planlaşdırıb. Lakin bütün cəhdlərinə baxmayaraq Bağırov pulu işi həll etməli olan vəzifəli şəxsə ötürə bilməyib. DTX-nin ayıq-sayıqlığı nəticəsində cinayət ifşa edilib.
Prosesdə A.Bağırov deyib ki, Mahirin azadlığa çıxması üçün müxtəlif vaxtlarda rəsmi müraciətlər etsə də, müsbət cavab ala bilməyib. Amma hansısa vəzifəli şəxsə pul verib bu işi həll etməyə çalışması da düzgün deyil.
Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası ittiham və müdafiə tərəfini və şahidləri dinlədikdən sonra yekunda verilmiş ittihamları sübuta yetirilmiş hesab ediblər.
Hökmə əsasən, Akif Bağırov dövlətə xəyanətdə və rüşvət verməyə cəhd etməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qocalıq dövrünü ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
"Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlan
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyi
Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadıl
Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma
"Reels" izləmək hormonal balansı poza bilər.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli
2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya
Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy&q
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cər
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq
