Prezident İlham Əliyev ABŞın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib
Siyasət 09 Fev 2026 13:26:00 237 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Son.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.
Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.
Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.
Son.az
Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşv
Fevralın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir ya
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini M
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan yeni sənədl
Azərbaycanda sənaye təhlükəsizliyi üzrə 10 yeni dövlət standartı layih
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lə
Müğənni Şəbnəm Tovuzlu bahalı avtomobili ilə görüntülənərək maraq
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" ye
12 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti
Əməkdar artist Elton Hüseynəliyevin prodüsser xanımı Tamilla Hüseynə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Tica
"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıla
