Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi
Digərləri 09 Fev 2026 13:23:00 250 0
Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Son.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxslər həbs edilib.
Daha sonra məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 18 fevrala təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham edilib, dövlət büdcəsinə dəymiş ziyan qismən ödənilib, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Fevralın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir ya
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini M
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan yeni sənədl
Azərbaycanda sənaye təhlükəsizliyi üzrə 10 yeni dövlət standartı layih
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lə
Müğənni Şəbnəm Tovuzlu bahalı avtomobili ilə görüntülənərək maraq
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" ye
12 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti
Əməkdar artist Elton Hüseynəliyevin prodüsser xanımı Tamilla Hüseynə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Tica
"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıla
"İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovan
