50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi
Digərləri 11 Fev 2026 09:00:00 242 0
Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır.
Bəs hazırda ölkəmizdə daşınmaz əmlakların sığortalanmasına maraq necədir?
Mövzunu Son.az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkə daşınmaz əmlakın sığortalanmasına maraq tamamilə zəif deyil, kifayət qədər vətəndaş əmlakını sığortalayır.
"Lakin sığorta prosesinin özü və sığorta olunduqdan sonra sığorta hüququnun real tətbiqinə inam yüksək deyil. Ümumiyyətlə, ölkəmizdə sığorta sistemi Qərbi Avropa ölkələrində olduğu səviyyədə inkişaf etməyib və vətəndaşlarda belə bir fikir formalaşıb ki, sığorta yalnız ona qarşı formal tələb olduqda vacib sayılır. Bu, istər məcburi, istərsə də könüllü sığortaya aiddir. Bu baxımdan sığorta bazarında müəyyən islahatların aparılmasına ehtiyac var ki, vətəndaşlara sığortanın əhəmiyyəti, dəyəri və vacibliyi izah olunsun. Çünki bir çox hallarda, istər təbii fəlakətlər zamanı, istər yanğın hadisələrində, istərsə də daşınmaz əmlaka hər hansı zərər dəydikdə sığortanın mövcudluğu son dərəcə vacib məsələdir".
V. Oruc qeyd edib ki, hazırda məcburi sığorta üzrə maksimum 25 000 manat ödəniş nəzərdə tutulur.
"Yəni 50 manat sığorta haqqı qarşılığında 25 000 manat kompensasiyanın veriləcəyinə vətəndaşların inamı azdır. Bu səbəbdən düşünürəm ki, sığorta məbləğləri evlərin deyil, ümumilikdə bütün daşınmaz əmlak növlərinin real dəyərinə uyğun müəyyənləşdirilməlidir. Qiymətləndirici mülkləri, mənzilləri və qeyri-yaşayış obyektlərini qiymətləndirib onların dəyərini müəyyən etdikdən sonra müvafiq qaydada sığorta məbləği təyin olunmalıdır. Standart sığorta məbləği vətəndaşlarda bu prosesə inamı möhkəmləndirmir. Məsələn, 500 min manat dəyərində əmlakı olan vətəndaş da, 100 min manatlıq əmlakı olan vətəndaş da icbari sığorta üçün eyni məbləği - 50 manat ödəyirsə, burada məntiqsizlik yaranır. Hesab edirəm ki, vətəndaşlar əmlakın real dəyərinə uyğun sığorta haqqı ödəməlidir ki, sonradan hər hansı hadisə ilə qarşılaşdıqda kifayət qədər sığorta kompensasiyası əldə edə bilsinlər", - deyə sədr qeyd edib.
Ayxan Son.az
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həya
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daş
Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağ
Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarış
Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahə
Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin
İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü
Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir m
Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı raz
Rusiya-Ukrayna müharibəsində yaralanan daha bir həmyerlimiz vəfat edib.
Bakıda növbəti böyük söküntü prosesi başlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkiləri
Müğənni Manaf Ağayev aparıcı Zaur Kamala söz atıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
