Bakıda bacısını bıçaqlayan tələbə qıza hökm oxundu
Digərləri 11 Fev 2026 10:39:00 196 0
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Son.az Pravda.az-a istinadən bildirir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin sonuncu iclasında hökm oxunub, müttəhimə şərti cəza verilib. İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir - red.) bıçaqlayıb. Tərəflər arasında münasibətlərin pozulmasına zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib. F.Baxşıova bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb. İstintaq dövründə Fəridə Baxışovanın barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi. Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində ali təhsil alır.
2026-cı ilin fevral ayının ilk ongünlüyündə The Washington Post redaksiya
Bir çox insan dünyasını dəyişərkən həkimlərin onların öldüyünü e
Astroloqların fikrincə, 2026-cı ilin fevral ayı bir çox insan üçün dön
Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhn
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən b
Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-preziden
Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçında daha bir maraqlı görüntü
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tamblır Ric şəhərində yerlə
Naxçıvanın uzunömürlü sakinlərindən olan 101 yaşlı Vəli Qasımov vəf
Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsəno
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti c
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.
10 fevral tarixində Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq
Rusiyanın Xalq artisti Qriqori Lepsin sahib olduğu daşınmaz əmlak portfelin
