Azərbaycan–Meksika parlamentlərarası əməkdaşlığında yeni mərhələ


Digərləri 11 Fev 2026 09:46:00 197 0

Azərbaycan–Meksika parlamentlərarası əməkdaşlığında yeni mərhələ

10 fevral tarixində Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun geniştərkibli təsis iclası keçirilib.

İclasda Meksikada işgüzar səfərdə olan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun sədri Jalə Əliyeva və Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun üzvü Sevinc Fətəliyevadan ibarət nümayəndə heyəti, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev, Meksika Deputatlar Palatasında xarici əlaqələr komitəsinin sədri Pedro Vaskes,  Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Dulse Mariya Korina Viyyeqas, həmin dostluq qrupunun üzvü Klara Kardenas Qalvan, Deputatlar Palatasında Parlament Əlaqələri və Beynəlxalq Münasibətlər şöbəsinin baş katibi Kristal Pelayo, Meksika XİN-in Mərkəzi Avropa ölkələri üzrə idarə rəisi Fransisko Kastro Reysnoso, habelə Pakistan, İran, Qazaxıstan, Ukrayna, Macarıstan, Kot d'Ivuar, Banqladeş, Honduras, Panama səfirləri, Türkiyə, Gürcüstan, Misir səfirliklərinin əməkdaşları iştirak edib.

Çıxışlarda Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının bu gün ölkələrimizin daha sıx əməkdaşlığa və gələcək üçün müsbət gündəmin formalaşdırılmasına sadiq olduqlarının nümunəsi olduğu vurğulanıb. Dialoqun mövcud məsafəni, fərqlilikləri və çağırışları aradan qaldırmaq üçün ən effektiv vasitə olduğuna dair ortaq inamı nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, birgə səylər Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcək və qarşıdakı illərdə əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Meksika və Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq olmalarına baxmayaraq, suverenliyə hörmət, beynəlxalq hüquqa sadiqlik, sülh yolu ilə əməkdaşlığın və qarşılıqlı anlaşmanın vacibliyinə dair ortaq baxış kimi birgə dəyərlər əsasında möhkəm ikitərəfli münasibətlər qurduqları vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin dostluq, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd olunub.

Eyni zamanda bildirilib ki, Meksika və Azərbaycan dəyərləri və üst-üstə düşən baxışları bölüşürlər. Hər iki ölkənin strateji regionlarda körpü rolunu oynayan dövlətlər olduğu diqqətə çatdırılıb.  Azərbaycanın Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında təbii əlaqələndirici mövqeyə malik olduğu, Meksikanın isə Şimali Amerika ilə Latın Amerikası və Karib hövzəsi arasında bağlantı yaratdığı qeyd edilib.

İclasda hər iki ölkənin səfirlərinin Azərbaycan-Meksika əlaqələrinin hərtərəfli inkişafına verdikləri töhfələr, eləcə də hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sədrlərinin münasibətlərimizin inkişafı, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və qanunverici orqanlar arasında daha sıx əməkdaşlığın təşviqi istiqamətində göstərdikləri səylər yüksək qiymətləndirilib. Bu diplomatik təşəbbüslər və səylər ikitərəfli dialoqun genişləndirilməsinə, parlamentlərarası əməkdaşlığın praktik nəticələrə çevrilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Meksikanın Qarabağ məsələsində ölkəmizin mövqeyini açıq və prinsipial şəkildə dəstəkləməsi yüksək qiymətləndirilib. Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə göstərilən bu dəstəyin münasibətlərimizin siyasi etimad səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirdiyi qeyd olunub. Bu mövqenin yalnız siyasi baxımdan deyil, həm də beynəlxalq ədalət və məsuliyyət prizmasından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

İclasda həmçinin Regionda yaranmış yeni sülh mühitindən, 9 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş görüşün əhəmiyyətindən, eləcə də regionda dayanıqlı sülhün real xarakter alması prosesindən söz açılıb. Meksikanın çoxtərəfliliyin və mübahisələrin sülh yolu ilə həllinin qətiyyətli müdafiəçisi olduğu, Qafqaz regionunda sülhün bərqərar olunmasına yönəlmiş səyləri ümidlə qarşıladığı vurğulanıb.

Çıxışların ardınca Meksika-Azərbaycan Dostluq Qrupunun təsisi ilə bağlı müvafiq AKT imzalanmışdır. İmzalanma mərasimində Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyəti səfiri Seymur Fətəliyev, Meksika Deputatlar Palatasında xarici əlaqələr komitəsinin sədri cənab Pedro Vaskes,  Meksika-Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri iştirak edib. 

Habelə, iclasda Verakruz ştatının 15-ci dairəsinin yerli icması tərəfindən icmanın etimadını və gücünü simvolizə edən əsa (çubuq) Xuliya Andres tərəfindən Dostluq Qrupunun rəhbəri Jalə Əliyevaya təqdim edilib.

Habelə, iclas iştirakçılarına 17-22 may 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş videoçarx nümayiş etdirilib.

İclasın ardınca Meksika Deputatlar Palatasının həyətində "Azərbaycan Respublikası Milli Məclisi və Meksika Deputatlar Palatası arasında parlamentlərarası əməkdaşlıq və dostluğun simvolu" kimi zeytun ağacının əkilməsi mərasimi təşkil edilib.

Bu xüsusda deputat Səməd Seyidov və Dostluq Qrupunun sədri Dulse Mariya Korina Viyyeqas tərəfindən edilmiş çıxışlarda Azərbaycan ilə Meksika arasında parlamentlərarası münasibətlərin inkişafından, qarşılıqlı hörmətə və dostluğa əsaslanan əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, zeytun ağacının əkilməsi iki ölkə parlamentləri arasında sülh, davamlı dialoq və uzunmüddətli tərəfdaşlıq niyyətinin rəmzi ifadəsidir.

Hər iki tədbirin təşkilinin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü - 10 fevral tarixinə təsadüf etməsi rəmzi məna daşıyıb.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyəti Meksika Deputatlar Palatasının Plenar iclasında Parlamentin sədrinin müavini deputat Paolina Rubio tərəfindən salamlanıb, Meksika-Azərbaycan Dostluq Qrupunun təsis iclasının keçirilməsi münasibətilə təbriklər səsləndirilib.

Sonda nümayəndə heyəti Meksika Deputatlar Palatasının binası olan Qanunverici San Lazaro Sarayının tarixi ilə tanış edilib.

Xalq artistinin əmlaklarının dəyəri BİLİNDİ:  33 milyon manat... like
  • 11 Fev 09:45  
Şou-biznes Xalq artistinin əmlaklarının dəyəri BİLİNDİ: 33 milyon manat...

Rusiyanın Xalq artisti Qriqori Lepsin sahib olduğu daşınmaz əmlak portfelin

arrow Ətraflı
Saat 14:00dək işıq olmayacaq like
  • 11 Fev 09:40  
Digərləri Saat 14:00dək işıq olmayacaq

Fevralın 11-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ə

arrow Ətraflı
Bu yolu gedənlərin NƏZƏRİNƏ  Yol tamamilə buz bağladı like
  • 11 Fev 09:32  
Digərləri Bu yolu gedənlərin NƏZƏRİNƏ Yol tamamilə buz bağladı

Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonların

arrow Ətraflı
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı like
  • 11 Fev 09:28  
Digərləri Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

İstintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX) aparılan və xarici t

arrow Ətraflı
Məşhur quru təmizləmə şirkəti 21 min manatlıq libası YARARSIZ HALA saldı like
  • 11 Fev 09:25  
Digərləri Məşhur quru təmizləmə şirkəti 21 min manatlıq libası YARARSIZ HALA saldı

Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti

arrow Ətraflı
Məşhur müğənni 20 min pensiya pulu ALIR like
  • 11 Fev 09:08  
Şou-biznes Məşhur müğənni 20 min pensiya pulu ALIR

90-cı illərin məşhur türkiyəli ifaçısı Hakan Peker qatıldığı televi

arrow Ətraflı
50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi like
  • 11 Fev 09:00  
Digərləri 50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi

Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 mi

arrow Ətraflı
Azərbaycanlı şoumenin eksxanımı aliment məbləğindən narazıdır like
  • 11 Fev 08:41  
Şou-biznes Azərbaycanlı şoumenin eksxanımı aliment məbləğindən narazıdır

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həya

arrow Ətraflı
Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur like
  • 11 Fev 08:08  
Digərləri Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə

arrow Ətraflı
Karton qutuları zibilə atanlar peşman olacaq: Onlardan istifadənin dahiyənə yolları like
  • 11 Fev 07:07  
Digərləri Karton qutuları zibilə atanlar peşman olacaq: Onlardan istifadənin dahiyənə yolları

Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daş

arrow Ətraflı
Coli Pittdən sonra hansı məşhurlarla sevgili olub? like
  • 11 Fev 06:06  
Şou-biznes Coli Pittdən sonra hansı məşhurlarla sevgili olub?

Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağ

arrow Ətraflı
Zeytun yağı alan hər kəsin diqqət etməli olduğu məsələ: Qablaşdırmada mütləq yoxlayın like
  • 11 Fev 05:05  
Digərləri Zeytun yağı alan hər kəsin diqqət etməli olduğu məsələ: Qablaşdırmada mütləq yoxlayın

Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarış

arrow Ətraflı
Kimlər gündüz yatmalıdır, kimlər yox? like
  • 11 Fev 04:04  
Digərləri Kimlər gündüz yatmalıdır, kimlər yox?

Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahə

arrow Ətraflı
Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir like
  • 11 Fev 03:03  
Digərləri Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir

Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin

arrow Ətraflı
Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox? like
  • 11 Fev 02:02  
Digərləri Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox?

İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü

arrow Ətraflı