Saleh Məmmədovun komandası yoxlanılır Həbslər gözlənilir


Digərləri 16 Fev 2026 18:49:00 236 1

Saleh Məmmədovun komandası yoxlanılır  Həbslər gözlənilir

Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər.

Son.az modern.az-a istinadla xəbər verir ki, təftiş prosesi yeni başlamayıb, əksinə, uzun müddətdir aparılan araşdırmaların nəticəsi kimi indiki mərhələyə keçilib. Bu isə məsələnin çox ciddi olduğunu göstərir.

İddialara əsasən, yoxlamalar zamanı iri həcmli yeyinti faktları aşkarlanıb. Söhbət təkcə bir və ya iki layihədən getmir. Rayonlar üzrə yol tikintisinə rəhbərlik edən şəxslərin fəaliyyəti də ayrıca araşdırılır. Mərkəzi Aparatla yanaşı, yerli strukturların da təftişə cəlb edilməsi prosesin hansı miqyasda olduğunu göstərir.

Mənbə bildirir ki, bəzi bölgələrdə həyata keçirilmiş yol layihələri ilə bağlı sənədlərdəkilərlə real vəziyyət arasında ciddi uyğunsuzluqlar var. Xüsusilə kənd yollarına ayrılan vəsaitlərin xərclənməsi diqqət mərkəzindədir.

Ən çox müzakirə doğuran məsələlərdən biri də təmir edilmiş yolların en və qalınlıq göstəriciləri ilə bağlıdır. İddialara görə, bir sıra hallarda yolların eni faktiki olaraq azaldılıb. Halbuki təmirdən əvvəl həmin yolların daha enli olduğu yerli sakinlər tərəfindən də təsdiqlənir. Sənədlərdə isə en göstəricilərinin əvvəlki kimi saxlanıldığı qeyd olunur. Bu isə kağız üzərində hər şeyin qaydasında, reallıqda isə fərqli mənzərənin olduğunu deməyə əsas verir. Eyni iddialar asfalt örtüyünün qalınlığı ilə bağlı da səsləndirilir.

Mütəxəssislər bildirirlər ki, yol tikintisində hər santimetr en və hər millimetr qalınlıq ciddi maliyyə göstəricisidir. Əgər layihədə nəzərdə tutulan parametrlər azaldılıbsa, bu, yüz milyonlarla manat vəsait fərqi yarada bilər. Bu fərqin isə hara yönləndirildiyi əsas sualdır. İddialara görə, məhz bu istiqamətdə aparılan maliyyə təhlilləri ciddi yeyinti mexanizmlərini üzə çıxarıb. Qeyd olunur ki, bəzi podrat müqavilələri də yenidən araşdırılır. Tender prosedurlarının şəffaflığı da sual altındadır.

Verilən məlumatlarda o da bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxilində bir neçə yüksək vəzifəli şəxs artıq istintaqa cəlb olunub. Hətta keçmiş sədrin sabiq müavinlərinin də prosesə daxil edildiyi iddia olunur. Bu isə məsuliyyətin komanda xarakterli ola biləcəyini göstərir. Bildirilir ki, bəzi hallarda hətta artıq üzləşmələr də keçirilib. Üzləşmələr zamanı ziddiyyətli ifadələrin ortaya çıxdığı qeyd olunur. Bu isə araşdırmaların daha da dərinləşdirilməsinə səbəb olub.

Digər maraqlı məqam media sahəsi ilə bağlıdır. İddialara görə, media ilə əməkdaşlıq və informasiya dəstəyi adı altında ciddi vəsaitlər ayrılıb. Rəsmi sənədlərdə bu vəsaitlərin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə yönəldiyi göstərilib. Lakin həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia edilir.

Bununla belə, vurğulanır ki, media xətti üzrə mümkün yeyinti digər sahələrlə müqayisədə daha kiçik həcmli olub. Əsas maliyyə pozuntularının infrastruktur layihələrində toplandığı bildirilir.

Kənd yollarına ayrılan vəsaitlərlə mövcud vəziyyət arasındakı ziddiyyət isə sosial narazılıq doğuran əsas məqamlardandır. Bir çox bölgələrdə yolların qısa müddət sonra yararsız hala düşməsi suallar yaradır. Əgər milyonlarla manat vəsait xərclənibsə, nəticə niyə uzunömürlü olmur?

Ekspertlər hesab edirlər ki, keyfiyyətsiz icra və texniki normativlərdən kənara çıxma halları geniş yayılıb. Bu isə həm maliyyə, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır.

Hazırda əsas diqqət istintaqın nəticəsinə yönəlib. Cəmiyyət konkret faktların və rəsmi açıqlamaların ortaya qoyulmasını gözləyir. Əgər cinayət işi rəsmiləşərsə, bu, son illərin ən səs-küylü korrupsiya proseslərindən biri ola bilər. Dövlət strukturlarında aparılan islahatlar fonunda belə araşdırmaların sistemli xarakter alması diqqət çəkir. Bu, eyni zamanda, digər qurumlar üçün də siqnal kimi qiymətləndirilə bilər.

İddiaların nə dərəcədə təsdiqini tapacağı istintaqın yekun qərarından asılıdır. Lakin artıq bir məsələ aydındır ki, proses genişmiqyaslıdır və bir neçə istiqaməti əhatə edir. Həm maliyyə sənədləri, həm texniki göstəricilər, həm də kadr qərarları araşdırılır. Prosesin necə tamamlanacağı yaxın zamanlarda bəlli olacaq.

Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.

Qurum təmsilçisi yuxarıda qeyd olunan iddialara dair bəzi nüanslarla bağlı məlumatlı olmadığını deyib.

"Sorğunuzda qeyd olunan məsələlərlə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:

- Agentlikdə aparıldığı iddia olunan yoxlamalar barədə bildiririk ki, hər hansı yoxlama və ya araşdırmanın başlanılması, müddəti və mərhələləri həmin prosesi həyata keçirən səlahiyyətli nəzarət orqanlarının səlahiyyət dairəsinə aiddir. Bu səbəbdən Agentlik tərəfindən kənar qurumların apardığı mümkün yoxlamalarla bağlı məlumat verilməsi hüquqi baxımdan mümkün deyil.

- Təmir və yenidənqurma işləri aparılan avtomobil yollarının eninin azaldılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Avtomobil yollarında tikinti, əsaslı təmir və yenidənqurma işləri təsdiq olunmuş layihə-smeta sənədləri əsasında, qüvvədə olan norma və standartların tələblərinə uyğun şəkildə icra olunur. Layihələrdə yolun texniki parametrləri, o cümlədən eni, hərəkət zolaqlarının sayı və digər göstəricilər müvafiq qaydada müəyyən edilir və işlər bu sənədlərə uyğun həyata keçirilir". Son.az 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib like
  • 16 Fev 18:45  
Digərləri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü

arrow Ətraflı
Bakıda qeyriadi evlilik təklifi oldu! like
  • 16 Fev 18:40  
Kriminal Bakıda qeyriadi evlilik təklifi oldu!

Ötən gün Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında n

arrow Ətraflı
TƏBİBdə sədr vəzifəsinə namizəd göstərilən şəxs infarkt keçirdi like
  • 16 Fev 18:34  
Digərləri TƏBİBdə sədr vəzifəsinə namizəd göstərilən şəxs infarkt keçirdi

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçiri

arrow Ətraflı
Naxçıvanda yüksək vəzifəyə yeni təyinat like
  • 16 Fev 18:22  
Digərləri Naxçıvanda yüksək vəzifəyə yeni təyinat

Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə Nazirliyinin strukturuna daxil ola

arrow Ətraflı
"Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?" like
  • 16 Fev 18:15  
Şou-biznes "Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?"

Müğənni Qumral "Tarixin bir günü" canlı efirində səsləndirdiy

arrow Ətraflı
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib like
  • 16 Fev 18:11  
Siyasət Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika

arrow Ətraflı
Həftənin ən güclü bürcləri: Şans, karyera və sevgi... like
  • 16 Fev 18:00  
Digərləri Həftənin ən güclü bürcləri: Şans, karyera və sevgi...

Yeni həftə astroloji baxımdan hərəkətli və dəyişikliklərlə zəngin g

arrow Ətraflı
Bu səbəbə görə fövqəladə vəziyyət elan edildi like
  • 16 Fev 17:55  
Dünya Bu səbəbə görə fövqəladə vəziyyət elan edildi

Cənubi Afrikada ölkə miqyasında dabaq xəstəliyi epidemiyası səbəbilə f

arrow Ətraflı
Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK like
  • 16 Fev 17:48  
Digərləri Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd

arrow Ətraflı
"Deyir bu, nə işdir, niyə bozbaşını bişirmirsən?" like
  • 16 Fev 17:41  
Digərləri "Deyir bu, nə işdir, niyə bozbaşını bişirmirsən?"

Bakıda fəaliyyət göstərən qadın taksi sürücüsünün sosial şəbəkəd

arrow Ətraflı
Vüqar Qurbanovdan AÇIQLAMA: "Əsas məqsədim..." like
  • 16 Fev 17:39  
Digərləri Vüqar Qurbanovdan AÇIQLAMA: "Əsas məqsədim..."

"Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram&quo

arrow Ətraflı
"Məclislərə "bədənayaq" göstərməyə getmirəm" like
  • 16 Fev 17:30  
Şou-biznes "Məclislərə "bədənayaq" göstərməyə getmirəm"

Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli efirdə s

arrow Ətraflı
Prezident İlham Əliyevin təyyarəsini qırıclar müşayiət etdi like
  • 16 Fev 17:24  
Digərləri Prezident İlham Əliyevin təyyarəsini qırıclar müşayiət etdi

Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

arrow Ətraflı
"Telegram"da rekord sayda kanal bağlandı like
  • 16 Fev 17:20  
Digərləri "Telegram"da rekord sayda kanal bağlandı

Fevralın 15-də "Telegram" mesajlaşma tətbiqinin administratorları

arrow Ətraflı
İcra başçısının ailəsində AĞIR İTKİ like
  • 16 Fev 17:16  
Digərləri İcra başçısının ailəsində AĞIR İTKİ

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ağır itki üz v

arrow Ətraflı