Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir Sevil Mikayılova


Siyasət 16 Fev 2026 20:24:00 218 0

Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir  Sevil Mikayılova

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb, Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclası keçirilib və enerji, investisiya, nəqliyyat, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri geniş müzakirə olunub.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında sıx münasibətlər mövcuddur:

"İki ölkə rəhbərləri arasında uzun illərdir davam edən şəxsi etimad və dostluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın əsas dayaqlarından biridir. Bakı və Belqrad beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək xəttini davam etdirib. Bu, iki ölkə arasında siyasi həmrəyliyin institusional xarakter aldığını göstərir.

Prezidentin səfərinin əsas hadisələrindən biri Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası oldu. Tərəflər gələcək üçün açıq planların mövcud olduğunu bəyan etdilər. Bu planlar siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin reallaşdırılması və enerji sahəsində dərinləşdirilmiş əməkdaşlığı əhatə edir.

İmzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, konkret layihələrin icrasına keçidi sürətləndirməyi hədəfləyir. Xüsusilə enerji və infrastruktur sahəsində razılaşmalar praktiki nəticələr vəd edir".

Deputat əlavə edib ki, bu səfərin mərkəzində energetika dayanıb.

"Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və tərəflər həcmlərin artırılması barədə razılığa gəliblər. Bu qazın Serbiyada elektrik enerjisinə çevrilməsi ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac potensialı da yarada bilər.

Prezident İlham Əliyev Azərbaycanın hazırkı ixrac potensialının 2 giqavat olduğunu, 2032-ci ilə qədər əlavə 8 giqavat gücün əldə ediləcəyini bildirib. Bu artım əsasən bərpaolunan enerji layihələri hesabına təmin olunacaq və Avropa bazarına yönələcək. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də regional şaxələndirmə baxımından əhəmiyyət kəsb edir.

Tərəflər Serbiyada birgə elektrik stansiyasının tikintisi məsələsini nəzarətdə saxlamaq barədə razılığa gəliblər. Prezident Əliyev Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etdi. Bu, Serbiyada formalaşmış müsbət investisiya mühitinin və aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir.

Enerji istehsal güclərinin artırılması xüsusilə təbii resursları məhdud olan ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu layihə Serbiyanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, Azərbaycan üçün də Avropa istiqamətində yeni iqtisadi körpü rolunu oynaya bilər".

S.Mikayılova bildirib ki, Serbiya səfəri Azərbaycanın balanslı və praqmatik xarici siyasət strategiyasının növbəti təzahürü kimi dəyərləndirilir. Bakı həm Avropa məkanında tərəfdaşlıq əlaqələrini genişləndirir, həm də enerji təhlükəsizliyi məsələsində etibarlı təchizatçı imicini möhkəmləndirir.

"Azərbaycanın enerji ixracının şaxələndirilməsi, bərpaolunan enerji layihələrinin sürətləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı ölkənin beynəlxalq iqtisadi mövqeyini gücləndirir. Serbiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin tərkib hissəsi kimi çıxış edir.

Gözlənilir ki, bu il ərzində qarşılıqlı səfərlər davam edəcək və imzalanmış sənədlərin icrası üzrə konkret yol xəritələri formalaşacaq.

Beləliklə, fevralın 15-də baş tutan səfər Azərbaycan-Serbiya münasibətlərində sadəcə diplomatik protokol hadisəsi deyil, enerji, investisiya və siyasi koordinasiya baxımından strateji mahiyyət daşıyan dönüş nöqtəsi kimi tarixə düşür", - deyə deputat fikrini tamamlayıb. Son.az 

Mustafa Aşurova yüksək vəzifə verildi like
  • 16 Fev 20:22  
Kriminal Mustafa Aşurova yüksək vəzifə verildi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində

arrow Ətraflı
Sabah Günəş tutulması baş verəcək like
  • 16 Fev 19:31  
Digərləri Sabah Günəş tutulması baş verəcək

İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat

arrow Ətraflı
"Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm" like
  • 16 Fev 19:19  
Şou-biznes "Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm"

TikTok platformasında "Çağlaca" ləqəbi ilə tanınan sosial media

arrow Ətraflı
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu like
  • 16 Fev 19:09  
Digərləri Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

"PASHA Holding" MMC-də yeni təyinat olub.

arrow Ətraflı
Gəncədə ağır qəza  Xəsarət alanlar var like
  • 16 Fev 19:00  
Digərləri Gəncədə ağır qəza Xəsarət alanlar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat h

arrow Ətraflı
Saleh Məmmədovun komandası yoxlanılır  Həbslər gözlənilir like
  • 16 Fev 18:49  
Digərləri Saleh Məmmədovun komandası yoxlanılır Həbslər gözlənilir

Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzula

arrow Ətraflı
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib like
  • 16 Fev 18:45  
Digərləri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü

arrow Ətraflı
Bakıda qeyriadi evlilik təklifi oldu! like
  • 16 Fev 18:40  
Kriminal Bakıda qeyriadi evlilik təklifi oldu!

Ötən gün Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında n

arrow Ətraflı
TƏBİBdə sədr vəzifəsinə namizəd göstərilən şəxs infarkt keçirdi like
  • 16 Fev 18:34  
Digərləri TƏBİBdə sədr vəzifəsinə namizəd göstərilən şəxs infarkt keçirdi

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçiri

arrow Ətraflı
Naxçıvanda yüksək vəzifəyə yeni təyinat like
  • 16 Fev 18:22  
Digərləri Naxçıvanda yüksək vəzifəyə yeni təyinat

Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə Nazirliyinin strukturuna daxil ola

arrow Ətraflı
"Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?" like
  • 16 Fev 18:15  
Şou-biznes "Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?"

Müğənni Qumral "Tarixin bir günü" canlı efirində səsləndirdiy

arrow Ətraflı
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib like
  • 16 Fev 18:11  
Siyasət Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika

arrow Ətraflı
Həftənin ən güclü bürcləri: Şans, karyera və sevgi... like
  • 16 Fev 18:00  
Digərləri Həftənin ən güclü bürcləri: Şans, karyera və sevgi...

Yeni həftə astroloji baxımdan hərəkətli və dəyişikliklərlə zəngin g

arrow Ətraflı
Bu səbəbə görə fövqəladə vəziyyət elan edildi like
  • 16 Fev 17:55  
Dünya Bu səbəbə görə fövqəladə vəziyyət elan edildi

Cənubi Afrikada ölkə miqyasında dabaq xəstəliyi epidemiyası səbəbilə f

arrow Ətraflı