Səidə Haqverdiyeva həbs oluna bilər
Digərləri 17 Fev 2026 15:42:00 242 1
Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Son.az xəbər verir ki, iddiaçı kimi Dövlət Kukla Teatırının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov çıxış edib. Onlar Səidə Haqverdiyevanı barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracət ediblər. İş məhkəmənin hakimi Orxan Məmmədovun icraatındadır.
Məhkəmə şikayət ərizəsində bir sıra nöqsanlar olduğunu əsas gətirərək onların aradan qaldırılması üçün prosesi bir neçə dəfə təxirə salıb.
Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçaltmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham irəli sürülüb.
Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi rayon Məhkəməsinin icraatındadır.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.
Bundan əvvəl isə sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlib. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verilib./Apa
Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər
Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə
Türkiyəli aktrisa Özge Özacar Birləşmiş Millətlər Təşkilatının İnk
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.
"Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna edilən d
Müğənni Sevda Kazımovanın "Öz aramızda" verilişində səslənd
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nax
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və
Kaan Tangöze, Murat Dalkılıç və İsmayıl Hacıoğlundan sonra məşhurlar
Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini
Artıq bir müddətdir ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayr
Səslənən iddialara müğənni Aysun İsmayılova sərt reaksiya verib.
Nigeriyada, heyvandan insana keçən "Lassa" qızdırması ilə bağl
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogö
Müğənni Arzu Mələk qatıldığı televiziya proqramında duyğusal anlar ya
