Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
Dünya 17 Fev 2026 19:43:00 253 0
Qırğızıstan Prezidenti Sadır Japarovın səlahiyyət müddəti 2027-ci ilin yanvarında başa çatacaq.
Son.az xəbər verir ki, bu qərarı Qırğızıstanın Konstitusiya Məhkəməsi qəbul edib.
Məhkəmənin qərarında bildirilir:
"2021-ci ilin Konstitusiyasının 67-ci maddəsi ilə müəyyən edilmiş beş illik səlahiyyət müddəti 2010-cu il Konstitusiyası qüvvədə olanda başlamış prezidentlik mandatına şamil edilmir. Başlanmış müddət ilkin müəyyən edilmiş altı il ərzində tamamlanmalıdır.
Hazırkı prezident 2021-ci ilin Konstitusiyasına uyğun olaraq səlahiyyətlərini həyata keçirməyə davam edir və onun altı illik müddəti iki müddət qaydasına əsasən ilk müddət kimi hesab olunur".
Məhkəmə qeyd edib ki, erkən prezident seçkiləri mandatı düzəltmək üsulu sayılmır və yalnız səlahiyyətlərin vaxtından əvvəl dayandırılmasının hüquqi nəticəsi olaraq mümkündür. Məsələn, vəzifədən azad olunma, xəstəlik səbəbindən səlahiyyətlərin icrasının qeyri-mümkünlüyü və ya ölüm hallarında.
Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağın
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi
Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinin magistraturalarına fev
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərç
ABŞ-də Rod-Aylend ştatının Pautuket şəhərində iki məktəb komandası
"Məktəblərdə baş verən hər bir hadisə cəmiyyətin ciddi şəkildə
Pakistanın Xayber-Paxtunxva əyalətində terror aktı törədilib.
Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsu
Fevralın ilk 16 günü ərzində demək olar ki, hər gün dəm qazından zəh
Xızıda avtomobil ustası faciəli şəkildə ölüb.
Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qa
Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haq
Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər
