16 günə 47 nəfər dəm qazından boğulub ARAŞDIRMA


Digərləri 17 Fev 2026 16:02:00 225 0

16 günə 47 nəfər dəm qazından boğulub  ARAŞDIRMA

Fevralın ilk 16 günü ərzində demək olar ki, hər gün dəm qazından zəhərlənmə halları qeydə alınıb.

Son.az mətbuatda yayılan xəbərlərə istinadla bu müddətdə baş verən hadisələrin statistikasını hazırlayıb.

Belə ki, 16 gün ərzində ümumilikdə 47 nəfər dəm qazından zəhərlənib, onlardan 22 nəfər həyatını itirib.

Həmin statistikanı təqdim edirik:

1 fevral -Sabirabad rayonu, Hüseyn Cavid küçəsində 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.

2 fevral- Gəncə şəhər sakini 2004-cü il təvəllüdü R.Muradov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Zərərçəkmiş şəxsə xəstəxanada yardım edilib. 

2 fevral - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan E.Seyidova hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

2 fevral -Gədəbəy rayonu, Arıxdam kəndində 12 yaşlı S.Bayramov yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

3 fevral - Naftalan şəhərində 1990-cı il təvəllüdlü A.Əsgərzadə zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, 36 yaşlı kişi yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

3 fevral -Paytaxtın Xətai rayonunda 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

5 fevral - Şamaxıda 1978-ci il təvəllüdlü Miraliyeva Aygun Azadxan qızı, övladları 2002-ci il təvəllüdlü Miraliyev Asif Namiq oğlu və 2008-ci il təvəllüdlü Miraliyev Natiq Namiq oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

5 fevral - Ağcabədi rayonu, Avşar kəndində ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyati təhlükələrinin olmadığı deyilib.

5 fevral -Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mənzillərdən birində 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

5 fevral -Sumqayıt şəhəri, Corat qəsəbəsində 1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq ölüb.

6 fevral -1993-cü il təvəllüdlü Ramazanov Hüseyn Yasən oğlu kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z. Tağıyev küçəsi ev 3 ünvanında dəm qazından zəhərlənərək ölüb.

6 fevral - Paytaxtın Nəsimi rayonunda Anar Dadaşov yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

7 fevral - Paytaxtın Xətai rayonunda 2024-cü il təvəllüdlü F.S. və bacısı 2024-cü il təvəllüdlü K.S. Ş.Səmədov küçəsində dəm qazından zəhərlənərək ölüb.

7 fevral -Sumqayıtda şəhəri, 13-cü mikrorayon ərazisində 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu və həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı, həmçinin 2022 və 2025-ci il təvəllüdlü övladları dəm qazından zəhərlənib. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

9 fevral - Siyəzən rayonu sakini Cəfərov İzzət Zaur oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

9 fevral - Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşayan 2003-cü il təvəllüdlü şəxsin meyiti evin hamam otağında tapılıb.

9 fevral -1998-ci il təvəllüdlü Emil Məmmədov yaşadığı Bülbülə qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.

10 fevral - Qobustan şəhəri ərazisində 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

10 fevral -Sabirabad rayonu, Qaratəpə kəndində 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

11 fevral -Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov hamamda dəm qazından zəhərlənib.Onun həyatını xilas etmək mümkün olmayıb. O, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.

11 fevral -Paytaxtın Sabunçu rayonunda 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib.

12 fevral - Paytaxtın Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

14 fevral -Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb. Hadisə nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib. Onun övladları - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər. Zərərçəkənlər Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Onlardan biri - 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.

15 fevral -Sumqayıt şəhəri, 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində ölüb.

16 fevral -Gəncədə 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib. Hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

16 fevral -Paytaxtın Yasamal rayonunda 2004-cü il təvəllüdlü Nərmin Novruzova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, zəhərlənmə hallarının böyük hissəsi yaşayış evlərinin hamam otaqlarında baş verib. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi mümkün faciələrin qarşısını almaq üçün vətəndaşlara mütəmadi xəbərdarlıqlar edir.

Dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini diqqətə çatdırır:

• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

Mina Mikayılova Son.az

Usta avtomobili təmir edərkən üzərinə düşdü  ÖLDÜ like
  • 17 Fev 16:01  
Digərləri Usta avtomobili təmir edərkən üzərinə düşdü ÖLDÜ

Xızıda avtomobil ustası faciəli şəkildə ölüb.

arrow Ətraflı
“Avtobusu boş dayanacaqda saxlamırıq”  AYNA məsələyə aydınlıq gətirdi like
  • 17 Fev 15:47  
Digərləri “Avtobusu boş dayanacaqda saxlamırıq” AYNA məsələyə aydınlıq gətirdi

Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qa

arrow Ətraflı
Səidə Haqverdiyeva həbs oluna bilər like
  • 17 Fev 15:42  
Digərləri Səidə Haqverdiyeva həbs oluna bilər

Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haq

arrow Ətraflı
Kür çayında 1 nəfər boğuldu like
  • 17 Fev 15:36  
Digərləri Kür çayında 1 nəfər boğuldu

Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər

arrow Ətraflı
DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar like
  • 17 Fev 15:30  
Digərləri DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə

arrow Ətraflı
“Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi like
  • 17 Fev 15:24  
Şou-biznes “Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi

Türkiyəli aktrisa Özge Özacar Birləşmiş Millətlər Təşkilatının İnk

arrow Ətraflı
Milli Məclisin növbəti iclasında bu mövzular müzakirə ediləcək like
  • 17 Fev 15:18  
Digərləri Milli Məclisin növbəti iclasında bu mövzular müzakirə ediləcək

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.

arrow Ətraflı
Kommunal ödənişlərdə DƏYİŞİKLİK  Hər ay 1 manat... like
  • 17 Fev 15:04  
Digərləri Kommunal ödənişlərdə DƏYİŞİKLİK Hər ay 1 manat...

"Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna edilən d

arrow Ətraflı
"Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR" like
  • 17 Fev 15:00  
Şou-biznes "Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR"

Müğənni Sevda Kazımovanın "Öz aramızda" verilişində səslənd

arrow Ətraflı
1 milyona yaxın pul kimə ÇATDI?  Vasif Talıbov və oğlu ilə bağlı şok İFADƏ like
  • 17 Fev 14:53  
Digərləri 1 milyona yaxın pul kimə ÇATDI? Vasif Talıbov və oğlu ilə bağlı şok İFADƏ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nax

arrow Ətraflı
"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? like
  • 17 Fev 14:50  
Digərləri "İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və

arrow Ətraflı
Adəm də saxlanıldı... like
  • 17 Fev 14:45  
Şou-biznes Adəm də saxlanıldı...

Kaan Tangöze, Murat Dalkılıç və İsmayıl Hacıoğlundan sonra məşhurlar

arrow Ətraflı
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər like
  • 17 Fev 14:42  
Dünya Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini

arrow Ətraflı
İpoteka limitləri ilə bağlı vacib xəbər: Yaxın günlərdə... like
  • 17 Fev 14:37  
Digərləri İpoteka limitləri ilə bağlı vacib xəbər: Yaxın günlərdə...

Artıq bir müddətdir ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayr

arrow Ətraflı
“O tərbiyəsizliyi etmərəm” like
  • 17 Fev 14:27  
Şou-biznes “O tərbiyəsizliyi etmərəm”

Səslənən iddialara müğənni Aysun İsmayılova sərt reaksiya verib.

arrow Ətraflı