"Efirdə tərbiyəsizlərin yox, ağıllı danışanın mikrofonunu bağlayırlar"
Şou-biznes 17 Fev 2026 23:00:00 232 0
"Efirdə otururam, ağıllı danışıram, çıxanda görürəm ki, heç bir səsimi verməyiblər. Tərbiyədən başqa hər şeydən danışanların səsini kəsmirlər, hamısını efirə verirlər: anasını döyən, arvadından küsən, ərini dəyişən, kiminsə ailəsini dağıdan. Soruşuram ki, niyə səsimi kəsmisiniz? Deyirlər ki, kəsdilər, efirə belə şey olmaz".
Son.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Hərşeyşünas" yutub layihəsində deyib. Müğənni verilişlərdə mikrofonun söndürülməsindən danışıb:
"Sual verirsən, adam kimi danışıram. Səsimi niyə kəsirsiniz? Ağıllı danışanları bəzi verilişlər efirə vermir. Elə bil ki, bilərəkdən edirlər. Kamera arxasında deyirlər siz dahisiniz, gözəlsiniz. Deyirlər, sual verəndə diplomatik olun. Mən aferist, tərbiyəsiz ola bilmərəm. Məni yalvara-yalvara efirə gətirir, sonra başqa sual verirsiniz. Son günlər qərar vermişəm ki, verilişlərə getməyim. Bəzi aparıcıları çox istəyirəm. Amma verilişdə başqa cür olurlar. Deyir, meymun suda batanda balasını da ayağının altında basıb öldürür. Bəziləri sponsora görə əqidələrini satır. Satmadıqları nəsə qalmayıb. İncəsənətini satan vətənini də satar". (Axşam.az)
Xəbərə aid video
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat
Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs
Müğənni Xuraman Şuşalı sosial şəbəkədə onu tənqid edən izləyiciyə
Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox ba
Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci
Aparıcı Zaur Baxşəliyev qohumu tərəfindən məruz qaldığı şiddəti eti
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam ne
ABŞ-nin Ohayo ştatının sakini təsadüfən aldığı lotereya biletlərinə
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacız
süni intellektin sürətli inkişafı bir çox ixstisaslara təlabatı azaltdı
Şəki Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatları olub.
Qırğızıstan Prezidenti Sadır Japarovın səlahiyyət müddəti 2027-ci ilin
Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağın
