Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi
Digərləri 17 Fev 2026 21:50:00 278 0
Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. Bu yanaşma həm yüksək bilikli kadrlardan səmərəli istifadəni təmin etməyə, həm də ordunun insan resurslarının inkişafını gücləndirməyə xidmət edir.
Son.az bildirir ki, hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək, yəni 600 və yuxarı bal toplayan gənclərin Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində intelektual bölmələrdə xidmət keçməsi qərarı çox yaxşı və ağıllı addımdır və bunu alqışlayır:
"Bu yanaşma yalnız Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır. Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi məktəbləri də var və onları da yüksək intellektual səviyyəyə malik gənclərlə təmin etmək lazımdır. Onlara da belə şərait yaradılmalıdır ki, həmin bölmələrdə xidmət keçə bilsinlər. Mən hesab edirəm ki, bu yanaşma ordunun savadlı kadrlarla təmin olunmasına müsbət təsir göstərəcək və gənclər normal şəraitdə xidmətlərini yerinə yetirə biləcəklər".
Ekspert qeyd edib ki, bu, həm də keçmişdə yaşanan bəzi faciəvi hadisələrin təkrarının qarşısını almağa kömək edəcək.
Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci
Aparıcı Zaur Baxşəliyev qohumu tərəfindən məruz qaldığı şiddəti eti
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam ne
ABŞ-nin Ohayo ştatının sakini təsadüfən aldığı lotereya biletlərinə
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacız
süni intellektin sürətli inkişafı bir çox ixstisaslara təlabatı azaltdı
Şəki Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatları olub.
Qırğızıstan Prezidenti Sadır Japarovın səlahiyyət müddəti 2027-ci ilin
Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağın
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi
Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinin magistraturalarına fev
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərç
ABŞ-də Rod-Aylend ştatının Pautuket şəhərində iki məktəb komandası
