Quru lobyanın ilk qaynama suyu tökülməlidir?
Digərləri 18 Fev 2026 06:06:00 279 0
Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun ilk qaynama suyunu atıb-atmamaqdır.
Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, quru lobyanın ilk suyunu tökmək üçün bir neçə ciddi səbəb var.
Lobyanın tərkibində insan orqanizminin həzm etməkdə çətinlik çəkdiyi mürəkkəb şəkərlər (oliqosaxaridlər) var. İlk qaynama zamanı bu maddələr suya keçir. Suyu süzdüyünüzdə lobyanın yaratdığı köp və qarın ağrısı şikayətlərini minimuma endirmiş olursunuz.
Lobyanın qabığında qalan toz, kirlər və fitin turşusu kimi maddələr ilk qaynama suyu ilə kənarlaşdırılır.
İlk su adətən tünd və bulanıq olur. Bu suyu tökmədikdə yeməyin rəngi qaralır və dadı bir az acıtəhər ola bilər.
Lobyanın daha dadlı olması üçün bu ardıcıllıq tövsiyə edilir:
Lobyanı bir gecə öncədən bol suyun içində saxlayın.
İslanmış lobyanı təzə suya qoyub bir neçə dəqiqə (üstündə köpüklər yaranana qədər) qaynadın.
Yaranan köpüklü və bulanıq suyu tamamilə süzün.
Süzülmüş lobyaları təzə qaynar su əlavə edərək digər inqrediyentlərlə (soğan, tomat, ət və s.) birlikdə bişirməyə başlayın.
Bəzi insanlar vitamin itkisi olacağını düşünərək suyu tökmək istəmir. Lakin mütəxəssislər bildirir ki, həzm problemləri yaşamamaq üçün bu suyun atılması vitamin itkisindən daha vacibdir. Quru paxlalılar onsuz da əsas vitaminlərini daxili hissələrində saxlayırlar. Lalə Qüdrətova Son.az
Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə
Qış aylarında hava temperaturunun enməsi və rütubətin azalması dərinin
Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ed
Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsi
NASA-nın Conson Kosmik Mərkəzindəki mühəndislər kosmos tədqiqatları tar
Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenid
Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən ş
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Mətanət Əsədova səhhətində yaranan problemdən danışıb.
Son vaxtlar sosial şəbəkələrdə eyni rəqəmli pul əsginaslarına maraq ya
Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı va
"Efirdə otururam, ağıllı danışıram, çıxanda görürəm ki, heç bi
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat
