Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasında PROSESLƏR


Digərləri 18 Fev 2026 09:50:00 241 0

Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasında PROSESLƏR

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını "normal qarşıladığını" bildirməklə kifayətləndi.

Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Son.az Modern.az-a istinadla xəbər verir ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.

Yayılan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.

Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir.

TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.

Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.

Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.

Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, "bu xəmir" həqiqətən də çox su aparacaq.

Bu ərazilərdə qaz KƏSİLƏCƏK like
  • 18 Fev 09:45  
Digərləri Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.

arrow Ətraflı
Bu BÜRCLƏR üçün yeni imkanlar dövrü başlayır like
  • 18 Fev 09:38  
Digərləri Bu BÜRCLƏR üçün yeni imkanlar dövrü başlayır

2026-cı ilin qış ayının sonu daha çox sakit, planlı və enerjisini düzg

arrow Ətraflı
Bu gün 14:00dək işıq OLMAYACAQ like
  • 18 Fev 09:30  
Digərləri Bu gün 14:00dək işıq OLMAYACAQ

Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya

arrow Ətraflı
Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır like
  • 18 Fev 09:25  
Digərləri Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etm

arrow Ətraflı
Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı like
  • 18 Fev 09:20  
Digərləri Qələbədən sonra Meloninin FOTOsunu paylaşdı

Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca "Qalatasaray"ın İ

arrow Ətraflı
"O insandan zəhləm gedir" like
  • 18 Fev 09:10  
Şou-biznes "O insandan zəhləm gedir"

Müğənni Pünhan Piriyev "Rəngarəng" verilişində meyxanaçı Aq

arrow Ətraflı
Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı like
  • 18 Fev 08:48  
Dünya Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Dünyanın ən zəngin ölkələri siyahıya alınarkən yalnız iqtisadiyyat de

arrow Ətraflı
Qatığın suyunu tökməli, yoxsa içməli? like
  • 18 Fev 08:25  
Digərləri Qatığın suyunu tökməli, yoxsa içməli?

Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş gör

arrow Ətraflı
Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu like
  • 18 Fev 08:08  
Digərləri Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu

Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə

arrow Ətraflı
“5 yaşımda ölümün pəncəsindən qurtuldum” like
  • 18 Fev 07:07  
Şou-biznes “5 yaşımda ölümün pəncəsindən qurtuldum”

Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü

arrow Ətraflı
Quru lobyanın ilk qaynama suyu tökülməlidir? like
  • 18 Fev 06:06  
Digərləri Quru lobyanın ilk qaynama suyu tökülməlidir?

Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun il

arrow Ətraflı
Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı like
  • 18 Fev 05:05  
Şou-biznes Qızıl suyuna salınmış avtomobilini görənlər mat qaldı

Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə

arrow Ətraflı
Soyuq havada quru dəri problemindən necə xilas olaq? like
  • 18 Fev 04:04  
Digərləri Soyuq havada quru dəri problemindən necə xilas olaq?

Qış aylarında hava temperaturunun enməsi və rütubətin azalması dərinin

arrow Ətraflı
Şorba sevənlərə mühüm xəbərdarlıq like
  • 18 Fev 03:03  
Digərləri Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ed

arrow Ətraflı