Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub


Digərləri 18 Fev 2026 16:14:00 202 0

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub

Fevralın 18-də "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı dövlət ittihamçısı" və "İlin ən yaxşı prokuroru" müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də "Prokurorluğun dostu" mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Son.az xəbər verir ki, əvvəlcə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2025-ci ilin ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müdrik şəkildə davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün beynəlxalq aləmdə təsdiq olunması, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Ermənistan Respublikası ilə sülh müqaviləsinin paraflanması qeyd olunub.

Xüsusilə vurğulanıb ki, 2026-cı ilin əvvəllərində ölkəmizə yüksək səviyyəli xarici qonaqların səfərləri baş tutmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qalib dövlətin qalib lideri kimi nüfuzlu beynəlxalq tədbirlər olan "Davos İqtisadi Forumu" və "Münxen Təhlükəsizlik Konfransı"nda uğurlu və yüksək səviyyəli görüşlər keçirilib.

Mərasim zamanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin 19 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı prokuroru" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

Müsabiqələrin nəticələrinə əsasən "İlin ən yaxşı müstəntiqi" seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədova, "İlin ən yaxşı dövlət ittihamçısı" seçilmiş Baş Prokurorluğun Dövlət  ittihamının müdafiəsi üzrə  idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Balakən rayon məhkəməsi üzrə) Gültac İsgəndərliyə və "İlin ən yaxşı prokuroru" seçilmiş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti Nazim Xəlilova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.


Xəbərə aid fotolar

"Buna görə Novruz bayramında sevinmirəm" like
  • 18 Fev 16:00  
Şou-biznes "Buna görə Novruz bayramında sevinmirəm"

Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi etirafı ilə diqqət

arrow Ətraflı
Siyasətçilərə süni intellekt qadağası QOYULDU like
  • 18 Fev 15:59  
Digərləri Siyasətçilərə süni intellekt qadağası QOYULDU

Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri

arrow Ətraflı
"Eşref" və sevgilisindən ilk FOTO  Dodaqdodağa like
  • 18 Fev 15:53  
Şou-biznes "Eşref" və sevgilisindən ilk FOTO Dodaqdodağa

Türkiyədə ekranlarda yayılan "Eşref Rüya" serialında canlandır

arrow Ətraflı
Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." like
  • 18 Fev 15:30  
Şou-biznes Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..."

Təranə Musayeva ilə həyat yoldaşı və həmkarı Musa Musayev arasında can

arrow Ətraflı
Şeyxin müavininin səhhəti qəfil PİSLƏŞDİ – Təcili yardım çağırıldı like
  • 18 Fev 14:55  
Digərləri Şeyxin müavininin səhhəti qəfil PİSLƏŞDİ – Təcili yardım çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu H

arrow Ətraflı
Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər?  Ali Məhkəmə açıqladı like
  • 18 Fev 14:46  
Digərləri Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər? Ali Məhkəmə açıqladı

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Pl

arrow Ətraflı
İlon Mask Netflixə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib like
  • 18 Fev 14:37  
Digərləri İlon Mask Netflixə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib

Amerikalı milyarder İlon Mask Netflix striminq xidmətinə onun qaradərili ob

arrow Ətraflı
Bu istiqamədə əlavə qatar reysləri təyin edildi like
  • 18 Fev 14:25  
Digərləri Bu istiqamədə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbat

arrow Ətraflı
“Titanik”in sonuncu sağ qalan sərnişini vəfat edib like
  • 18 Fev 14:18  
Dünya “Titanik”in sonuncu sağ qalan sərnişini vəfat edib

"Titanik"in sonuncu sağ qalan sərnişini Millvina Din vəfat edib. O

arrow Ətraflı
Şəhla Abbasova direktor təyin edildi like
  • 18 Fev 14:13  
Digərləri Şəhla Abbasova direktor təyin edildi

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində

arrow Ətraflı
Suyun qiyməti BAHALAŞIR  2 manat... like
  • 18 Fev 14:06  
Digərləri Suyun qiyməti BAHALAŞIR 2 manat...

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.

arrow Ətraflı
Canlı ifa edə bilmədi  TƏNQİD OLUNDU like
  • 18 Fev 14:04  
Şou-biznes Canlı ifa edə bilmədi TƏNQİD OLUNDU

Canlı ifası ilə tanınan müğənni Dəniz efirdə yaşadığı xoşagəlməz

arrow Ətraflı
Bu yarışı qazanan şəxslərə özəl ada veriləcək  ŞƏRTLƏR like
  • 18 Fev 13:56  
Dünya Bu yarışı qazanan şəxslərə özəl ada veriləcək ŞƏRTLƏR

İsveç Turizm Şurası beş nəfərə özəl adalar verəcəyini açıqlayıb.

arrow Ətraflı