Səfirlik Meksikada olan Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
Dünya 23 Fev 2026 09:35:00 241 0
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı Mexikodakı səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib.
Son.az xəbər verir ki, müvafiq müraciət səfirliyin "X" sosial media hesabında paylaşılıb:
"Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur.
Meksikadakı Azərbaycan Səfirliyinin Konsulluq şöbəsinin qaynar xətt nömrələri:
+52 5511 907 092
+52 5555 404 109"
Xatırladaq ki, ötən gün Meksikada "Xalisko Yeni Nəsil" narkokartelinin başçısı, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.
Müğənni Səidə Sultan barəsində səsləndirilən narkotik ittihamlarına m
Tanınmış aparıcı Fərid Rəsul ikinci dəfə ata olma sevinci yaşayıb.
Alimlər tərəfindən aparılan son araşdırmalar göstərir ki, iqlim dəyiş
"Azərbaycanda ən varlı sənət adamı mənəm. O qədər var-dövlətliy
Məşhur memar Antoni Qaudinin şah əsəri olan və Barselonada yerləşən Sag
Çoxumuz vaxta və suya qənaət etmək üçün bütün dəsmalları eyni anda p
Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və di
Qreypfrut təkcə şirəli və vitaminlə zəngin meyvə kimi deyil, həm də qa
"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingi
Son illər valideynlər arasında uşaqlara balıq yağı verilməsi ilə bağl
Ramazan ayı yaxınlaşdıqca süfrələrin tacı olan xurma yenidən gündəmə
Kosmosun tədqiqində tarixi bir addım atılır. NASA-nın "Artemis"
Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlə
Aparıcı Tarix Əliyev (Tolik) müğənni Səidə Sultanı polisə şikayət ed
