Xəzərdə minlərlə quş cəsədinin aşkarlandığı ərazidən
Digərləri 23 Fev 2026 10:51:00 248 0
Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.
Son.az AZƏRTAC-a istinadla xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.
Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.
"Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb, suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır", - deyə rayon sakini Anar Mikayılov söyləyib.
Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.
Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral müğənni Hadisenin UNICEF
General Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayə
Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçid
"Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənil
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının döydürd
Fevralın 23-dən martın 1-dək olan dövr üç bürc üçün taleyüklü hadis
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi
Müğənni Səidə Sultan barəsində səsləndirilən narkotik ittihamlarına m
Tanınmış aparıcı Fərid Rəsul ikinci dəfə ata olma sevinci yaşayıb.
Alimlər tərəfindən aparılan son araşdırmalar göstərir ki, iqlim dəyiş
"Azərbaycanda ən varlı sənət adamı mənəm. O qədər var-dövlətliy
Məşhur memar Antoni Qaudinin şah əsəri olan və Barselonada yerləşən Sag
Çoxumuz vaxta və suya qənaət etmək üçün bütün dəsmalları eyni anda p
Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və di
