Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb


Dünya 24 Fev 2026 10:54:00 258 0

Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb

Ən azı 23 nəfər Meksikanın Xalisko ştatının Puerto-Valyarta şəhərində yerləşən regional həbsxanadan qaçıb. Qaçış narkokartel "Yeni Nəsil Xalisko"nun liderinin zərərsizləşdirilməsindən sonra baş verən iğtişaşlar zamanı qeydə alınıb.

Son.az xəbər verir ki, NMas telekanalının məlumatına görə, bu barədə ştatın ictimai təhlükəsizlik katibi Juan Pablo Hernández açıqlama verib.

"Hazırda yoxlamalar zamanı əldə olunan məlumata əsasən, azadlıqdan məhrum edilmiş 23 nəfər qaçıb. Onların saxlanılması üçün federal qurumlara müvafiq bildirişlər göndərilib", - deyə o bildirib.

Rəsminin sözlərinə görə, iğtişaşlar zamanı məhbusların əlbir olduğu şəxslər həbsxananı atəşə tutub, daha sonra avtomobil vasitəsilə darvazanı dağıdaraq obyektə daxil olublar. Baş verən atışma nəticəsində müəssisənin 1 mühafizəçisi həlak olub.

Meksikanın Milli Müdafiə Nazirliyi 22 fevral tarixində narkokartel "Yeni Nəsil Xalisko"nun lideri Ruben Oseguera Cervantesin zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, o, təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və hərbi hospitala hava yolu ilə aparılarkən ölüb.

Xüsusi əməliyyatdan sonra ölkə üzrə avtomobil yollarının kütləvi bağlanması, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin yandırılması halları qeydə alınıb. Meksika prezidenti Claudia Sheinbaum isə 23 fevral tarixinə ictimai təhlükəsizlik sahəsində vəziyyətin tam nəzarətə götürüldüyünü bildirib.

Ayxan Son.az

Azərbaycanda 300 manata qədər uşaq QİDALARI  Yerli istehsal niyə YOXDU? like
  • 24 Fev 10:51  
Digərləri Azərbaycanda 300 manata qədər uşaq QİDALARI Yerli istehsal niyə YOXDU?

Körpə qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə sün

arrow Ətraflı
Amnistiya aktı bu qədər insana şamil edildi like
  • 24 Fev 10:42  
Digərləri Amnistiya aktı bu qədər insana şamil edildi

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı

arrow Ətraflı
İranda helikopter qəzaya uğrayıb like
  • 24 Fev 10:39  
Digərləri İranda helikopter qəzaya uğrayıb

İranın İsfahan əyalətində yerləşən Dorçe şəhərində helikopter qəz

arrow Ətraflı
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı like
  • 24 Fev 10:36  
Dünya ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı

ABŞ Dövlət Departamenti İranla artan gərginlik fonunda Livandakı "vac

arrow Ətraflı
Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu like
  • 24 Fev 10:32  
Digərləri Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu

Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyy

arrow Ətraflı
“Bu biabırçılığı necə camaatın üstünə atmaq olar?” like
  • 24 Fev 10:30  
Şou-biznes “Bu biabırçılığı necə camaatın üstünə atmaq olar?”

Tele-aparıcı Saleh Bağırov yenidən efirlərlə bağlı fikirlərini bölü

arrow Ətraflı
Sabah iclasda Ramiz Mehdiyev AMEAdan xaric EDİLƏCƏKMİ? like
  • 24 Fev 10:27  
Digərləri Sabah iclasda Ramiz Mehdiyev AMEAdan xaric EDİLƏCƏKMİ?

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyev

arrow Ətraflı
Türkiyənin 10 ən zəngin iş adamı KİMLƏRDİR? like
  • 24 Fev 10:22  
Digərləri Türkiyənin 10 ən zəngin iş adamı KİMLƏRDİR?

"Forbes" jurnalının 2026-cı il Milyarderlər Siyahısına əsasən,

arrow Ətraflı
Azərbaycanda prokurorluq əməkdaşı vəfat etdi like
  • 24 Fev 10:10  
Digərləri Azərbaycanda prokurorluq əməkdaşı vəfat etdi

Siyəzəndə prokurorluq əməkdaşı vəfat edib.

arrow Ətraflı
Azərbaycanlı şagirddən 82 min dollarlıq təqaüd UĞURU – İlk azərbaycanlı like
  • 24 Fev 10:07  
Digərləri Azərbaycanlı şagirddən 82 min dollarlıq təqaüd UĞURU – İlk azərbaycanlı

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanı

arrow Ətraflı
Oğuzda avtomobil dirəyə çırpıldı  Yaralılar var like
  • 24 Fev 10:02  
Digərləri Oğuzda avtomobil dirəyə çırpıldı Yaralılar var

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ramazan ayında metabolik dəstək: Orqanizmin balansını qorumağın təbii yolu like
  • 24 Fev 10:00  
Digərləri Ramazan ayında metabolik dəstək: Orqanizmin balansını qorumağın təbii yolu

Ramazan ayının gəlişi ilə qidalanma rejiminin dəyişməsi, uzunmüddətli

arrow Ətraflı
Azərbaycanda sabiq deputat vəfat ETDİ like
  • 24 Fev 09:58  
Digərləri Azərbaycanda sabiq deputat vəfat ETDİ

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.

arrow Ətraflı
Bu şəxslərin maaşı ARTIR  Yeni qayda təsdiq EDİLDİ like
  • 24 Fev 09:53  
Digərləri Bu şəxslərin maaşı ARTIR Yeni qayda təsdiq EDİLDİ

Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"ndə dəyişiklikləri tə

arrow Ətraflı