Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu
Digərləri 24 Fev 2026 10:32:00 231 0
Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilir.
Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin.
"Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin texniki göstəriciləri, xüsusilə də tormoz sisteminin effektivliyi və dayanma məsafəsi fərqlidir. Bu səbəbdən sürücülər idarə etdikləri nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini, yolun vəziyyətini və tətbiq olunan sürət rejimini nəzərə alaraq, təhlükəsiz ara məsafəsini düzgün müəyyən etməlidirlər. Sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.
Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Unutmayaq ki, əhəmiyyətsiz hesab edilən hər bir qayda pozuntusu sonda faciəvi nəticələrə gətirib çıxara bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri sükan arxasında məsuliyyətli, diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır", - qurumdan qeyd olunur.
Son.az
Tele-aparıcı Saleh Bağırov yenidən efirlərlə bağlı fikirlərini bölü
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyev
"Forbes" jurnalının 2026-cı il Milyarderlər Siyahısına əsasən,
Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanı
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ramazan ayının gəlişi ilə qidalanma rejiminin dəyişməsi, uzunmüddətli
20 fevral 2026 - Bakı, Azərbaycan - AZCON Holding şirkətlərindən olan və
Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.
Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"ndə dəyişiklikləri tə
Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex"də aprel fyuçer
"Plastik əməliyyata gələndə - bir qadın, sənətçi və səhnəyə ç
Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standa
"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu ma
İlk xarici səfər adətən ən sadə logistika ilə daha rahat keçir: aydın
