Bu şəxslərin maaşı ARTIR Yeni qayda təsdiq EDİLDİ


Digərləri 24 Fev 2026 09:53:00 214 0

Bu şəxslərin maaşı ARTIR  Yeni qayda təsdiq EDİLDİ

Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"ndə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında dəyişiklikləri şərh edib.

"Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur".

Qızılı olanlara SEVİNSİN  Qiymət QALXDI like
  • 24 Fev 09:25  
Digərləri Qızılı olanlara SEVİNSİN Qiymət QALXDI

Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex"də aprel fyuçer

arrow Ətraflı
"Plastik əməliyyatdan sonra psixoloqa getdim" like
  • 24 Fev 08:48  
Şou-biznes "Plastik əməliyyatdan sonra psixoloqa getdim"

"Plastik əməliyyata gələndə - bir qadın, sənətçi və səhnəyə ç

arrow Ətraflı
14 santimetrdən kiçik bananların ölkəyə girişi qadağan edildi like
  • 24 Fev 07:07  
Digərləri 14 santimetrdən kiçik bananların ölkəyə girişi qadağan edildi

Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standa

arrow Ətraflı
"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?" like
  • 24 Fev 06:06  
Şou-biznes "Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"

"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu ma

arrow Ətraflı
İlk dəfə səyahətə çıxanların NƏZƏRİNƏ: Diqqətli olun like
  • 24 Fev 05:05  
Dünya İlk dəfə səyahətə çıxanların NƏZƏRİNƏ: Diqqətli olun

İlk xarici səfər adətən ən sadə logistika ilə daha rahat keçir: aydın

arrow Ətraflı
Sahurda çay yerinə süd için like
  • 24 Fev 04:04  
Digərləri Sahurda çay yerinə süd için

Ramazan ayında düzgün maye istehlakı orucun rahat tutulması üçün vacibdi

arrow Ətraflı
"Aralıqlı oruc" deyildiyi qədər effektivdir? like
  • 24 Fev 03:03  
Digərləri "Aralıqlı oruc" deyildiyi qədər effektivdir?

Argentinada aparılan yeni araşdırma göstərir ki, aralıqlı oruc arıqlamaq

arrow Ətraflı
Orucu niyə xurma ilə açırlar? like
  • 24 Fev 02:02  
Digərləri Orucu niyə xurma ilə açırlar?

İslam dünyası müqəddəs Ramazan ayına qədəm qoyub. Müsəlmanlar bu il 2

arrow Ətraflı
Gün boyu tox qalmaq üçün sahurda nə yeyək? like
  • 24 Fev 01:01  
Digərləri Gün boyu tox qalmaq üçün sahurda nə yeyək?

Ramazan ayında uzun müddət oruc tutanlar üçün qan şəkəri səviyyəsini

arrow Ətraflı
Luvrda kralın qalmaqallı qardaşının fotosunu asdılar like
  • 24 Fev 00:48  
Dünya Luvrda kralın qalmaqallı qardaşının fotosunu asdılar

Fransalı aktivistlər Luvr muzeyində Böyük Britaniya kralı III Çarlzın qa

arrow Ətraflı
Estetik əməliyyatdan sonra inanılmaz dəyişim like
  • 24 Fev 00:31  
Digərləri Estetik əməliyyatdan sonra inanılmaz dəyişim

Xaricdə yaşayan bir qadının üzündə etdirdiyi estetik müdaxilələr sosia

arrow Ətraflı
"Teşkilat"da şok ayrılıq like
  • 24 Fev 00:19  
Şou-biznes "Teşkilat"da şok ayrılıq

TRT 1-in sevilən seriallarından olan "Teşkilat" 6-cı mövsümünd

arrow Ətraflı
Ev almaq istəyənlərə ŞAD XƏBƏR like
  • 24 Fev 00:04  
Digərləri Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

arrow Ətraflı
Bu gün Novruzun ilk çərşənbəsidir like
  • 24 Fev 00:03  
Digərləri Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir.

arrow Ətraflı