İcraçı direktor kazinoda milyonları “yandırdı” Möhbalıyevin restoranında nə baş VERİR?
Digərləri 24 Fev 2026 13:29:00 278 0
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub.
Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, restoranın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aqil adlı həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin edilib. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktor vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib.
Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranının pullarını kazinoda uduzduğunu deyib. Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
"Batabat" restoranı "Batabat Restoranı" MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur.
Mediada gedən məlumatlara görə, "Batabat" restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb. Keçmiş Ali Məclisi sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən "Batabat" restoranı onun əlindən çıxıb.
Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməlləri
"Tam dəyişmiş insan GÖRƏCƏKSİNİZ”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasi
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə
100 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar qan qrupları
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişk
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək.
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abd
Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin baş
Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisind
Müğənni Rəqsanə İsmayılova ilk dəfə estetik müdaxilələri ilə bağl
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Milli Məclis "Yol hərəkəti haqqında" və "Avtomobil yolları
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-
