Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Digərləri 26 Fev 2026 12:34:00 201 0
Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən "Xocalı soyqırımı" abidəsi qarşısında faciənin 34-cü ildönümü ilə əlaqədar əklil qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az xəbər verir ki, mərasimdə Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Dulse Mariya Viyyeqas, Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev, Mexiko Şəhər Hökumətinin Siyasi strategiyaların koordinasiyası üzrə direktor müavini Mariya Euxeniya de la O Flores, meydanda yerləşən kilsənin administrativ məsələlər üzrə məsul əməkdaşı Karlos Mendoza, Səfirliyin heyəti və Meksikadakı Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Xatırladırıq ki, Tlakskoake-Xocalı meydanında Azərbaycan hökumətinin dəstəyi ilə aparılmış təmir-bərpa və abadlıq işlərinin nəticəsi olaraq 2012-ci ildə həmin meydanın və "Xocalı soyqırımı" abidəsinin rəsmi açılış mərasimi olub. Bundan əlavə, 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi müzakirə edilib, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul olunub, Xocalıda baş vermiş cinayətlər "soyqırımı" ifadəsindən istifadə edilməklə qəti şəkildə pislənib.
Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.
İran NOTAM elan edərək, Azərbaycanla sərhədə yaxın ərazilərdə təxmin
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparı
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazi
Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində dəmir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
"Titanik"ə aid və 1921-ci ilə aid arxiv görüntüləri yenidən ma
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyas
Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə artıq XX
Məşhur Rahidə Baxışova bu gün yayımlanan efir çıxışı zamanı emosion
İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əla
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin
