Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb


Digərləri 26 Fev 2026 09:26:00 220 0

Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Müşavirə keçirən hakim heyəti müdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb və baxış iclası martın 11-nə təyin edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı DTX-də başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib./Report

Son.az  

Bu valyuta 2,30 manatı KEÇDİ  Bazarda son durum like
  • 26 Fev 09:15  
Digərləri Bu valyuta 2,30 manatı KEÇDİ Bazarda son durum

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin

arrow Ətraflı
“Bərkbərk yapışdıqları kürsüləri vaxtında gənclərə təhvil verməli idilər” like
  • 26 Fev 09:07  
Şou-biznes “Bərkbərk yapışdıqları kürsüləri vaxtında gənclərə təhvil verməli idilər”

Tele-parıcı Vüsalə Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasında R

arrow Ətraflı
Günəş partlayışları zəlzələləri tətikləyir? like
  • 26 Fev 08:08  
Dünya Günəş partlayışları zəlzələləri tətikləyir?

Uzun müddətdir ki, Günəş partlayışlarının yalnız peyk rabitəsini və

arrow Ətraflı
İdman rejiminə bir həftədən çox sadiq qalmağın yolları: Mütəxəssis tövsiyələri like
  • 26 Fev 07:07  
Digərləri İdman rejiminə bir həftədən çox sadiq qalmağın yolları: Mütəxəssis tövsiyələri

Çoxumuz böyük həvəslə idmana başlayırıq, lakin bir həftə keçməmiş

arrow Ətraflı
İncə telli saçları necə qalınlaşdırmaq olar? like
  • 26 Fev 06:06  
Digərləri İncə telli saçları necə qalınlaşdırmaq olar?

Hər kəs həcmli, qalın və sağlam saçların xəyalını qurur. Saçın quru

arrow Ətraflı
Yumurtanın qabığını bu üsullarla daha asan soymaq mümkündür like
  • 26 Fev 04:04  
Digərləri Yumurtanın qabığını bu üsullarla daha asan soymaq mümkündür

Sabah səhər yeməklərinin sevilən ləzzətlərindən biri olan qaynadılmı

arrow Ətraflı
Dəsmalları digər geyimlərlə birlikdə yumayın – Xəbərdarlıq like
  • 26 Fev 03:03  
Digərləri Dəsmalları digər geyimlərlə birlikdə yumayın – Xəbərdarlıq

Vaxta qənaət etmək üçün dəsmalları digər geyimlərlə birlikdə yumaq p

arrow Ətraflı
Sahurda bu qidalardan uzaq durun – Gün boyu halsız ola bilərsiniz like
  • 26 Fev 01:01  
Digərləri Sahurda bu qidalardan uzaq durun – Gün boyu halsız ola bilərsiniz

Müqəddəs Ramazan ayının gəlişi ilə gündəlik qidalanma rejimi dəyişir

arrow Ətraflı
Zelenski Trampla nələri müzakirə edib? like
  • 26 Fev 00:38  
Dünya Zelenski Trampla nələri müzakirə edib?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danış

arrow Ətraflı
ABŞ İrana qarşı sanksiyaları genişləndirib like
  • 26 Fev 00:14  
Digərləri ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

arrow Ətraflı
Mehriban Əliyeva Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı paylaşım edib like
  • 26 Fev 00:03  
Siyasət Mehriban Əliyeva Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi

arrow Ətraflı
Xocalı soyqırımından 34 il ötür like
  • 26 Fev 00:02  
Digərləri Xocalı soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından

arrow Ətraflı