İrandan Naxçıvana qaz nəqli dayandırılır?
Digərləri 04 Mar 2025 12:55:00 390 0
Yaxın günlərdə İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi baş tutacaq. Bu boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr təbii qaz ötürmək qabiliyyətinə malikdir. Kəmərin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatının tamamilə ödənilməsinə imkan yaradacaq.
Bu xəbəri də oxu: Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”
Qeyd edək ki, hazırda Naxçıvana qaz nəqli İran vasitəsilə həyata keçirilir.
Ekspertlərin sözlərinə görə, Naxçıvana İran üzərindən qazın nəql olunması digər ölkələr arasındakı "mavi yanacaq" mübadilələri ilə müqayisədə bir neçə dəfə bahadır. Diqqətçəkən digər bir məqam isə odur ki, Azərbaycanla İran arasındakı sözügedən proseslə bağlı müqavilənin müddəti 2025-ci ildə bitir. Maraqlıdır, qeyd olunan amillərin fonunda İğdır‒Naxçıvan kəmərinin İran vasitəsilə qaz nəqlinə hansı təsiri ola bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:
"İran müəyyən qədər xidmət haqqını dünyada qəbul etmiş haqlardan daha yüksək səviyyədə tuturdu. Azərbaycandan 15 faiz həcmində natural qaydada qaz alırdı. Halbuki bu tip dəyişmələrdə dünyanın əksər ölkələrdən max 5 və 7 faiz dəyişirdi. Təbii ki, bu Azərbaycan üçün əlavə sərfiyyat idi. Bu qaz kəməri isə birbaşa asılığı azaltmış olacaq".
Asya Son.az
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq
Uğur həmişə hər kəsə lazımdır, lakin çətin dövrlərimizdə onsuz bun
Pentaqon KİV-lərdə yayılan, yeni müdafiə naziri Pit Hegsetin Rusiyaya qar
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırmaq qərarı
Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Amma sağlamlığında elə prob
Xəzər və Mərkəzi Asiya regionunun hava yolu ilə aparıcı yükdaşıma şi
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəll
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə q
Yaponiyanın şimalında baş verən və son 30 ilin ən böyük meşə yanğın
"Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ re
Artıq bir neçə gündür ki, oxucular Asan İmzanın işləməməsi ilə bağl
ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Darrel İssa bildirib
