Aldadıldı, sürücülük hüququ alındı və işdən çıxarıldı
Digərləri 02 Apr 2025 20:46:00 374 0
Redaksiyamıza müraciət edən Kamal İskəndərzadə dolandırıcılığa məruz qalması ilə bağlı şikayətçidir. Belə ki, o, Arzu Həsənovla tanış olduqdan sonra işə düzəlmək üçün sənədlərinin sürətini ona verir. Bir müddət sonra adına notariat qaydada 9 maşın etibar edilib. Başqa şəxslər tərəfindən idarə olunan həmin avtomobillərin cərimələri Kamalın adına yazılır.
Bu xəbəri də oxu: Bakının üstündə qırıcılar uçur VİDEO
Son.az xəbər verir ki, qazancı sürücülükdən çıxan şikayətçinin 3000 manatlıq borca görə sürücülük hüququ əlindən alınıb, yanvar ayında da işdən çıxarılıb. Vətəndaş məsələnin araşdırılmasını istəyir.
Arzu Həsənovun maşın icarəyə götürdüyü sahibkarlardan biri Elçin Əhmədovla telefon vasitəsi ilə əlaqə saxladıq. Elçin də Arzudan şikayətçi olduğunu bildirib.
"Mən də zərərçəkən tərəfəm. Mən bu cərimələri yavaş-yavaş ödəyirəm, çünki avtomobilimə həbs qoyula bilər. Bu məsələdə mən Kamalı dəstəkləyirəm. Belə bir şey baş verməməli idi. Arzu adlı şəxsin bu əməlllərinə görə hamımız zərər çəkmişik".
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirildi ki, Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən, etibarnamə bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu sənəd hesab edildiyindən rəsmiləşdirilərkən etibar edilən şəxsin iştirakının zəruriliyi nəzərdə tutulmayıb. Buna görə də, bir çox hallarda vətəndaşların xəbəri olmadan etibar edilən şəxs qismində nəqliyyat vasitəsinə dair etibarnamələr təsdiq edilir. İnsanlar baş verən halların aradan qaldırılması məqsədi ilə notarial ofisinə yaxınlaşaraq etibarnamələri ləğv edə bilərlər.
Sözügedən hadisə ilə bağlı DİN-dən bildirilir ki, məsələ araşdırılır.
Aysel Əkbər Son.az
Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əla
Ayaq ağrısı və aşağı ətrafların vəziyyətindəki dəyişikliklər bəz
Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Ağ
Həbs olunmuş oğlunu azad etmək adı ilə vətəndaşın 16 min manatını ə
Aparıcı Aytəkin Mərdanova mərhum atası İsmayıl Mərdanovla bağlı payla
Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə
Çinin Quansi-Çjuan Muxtar Rayonunda alimlər 16 min il əvvəl yaşamış insa
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-dən 12-dək Frans
Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzd
Jurnalistlər gündəlik informasiyanı cəmiyyətə ötürən vasitəçilərdir
Uşaqlar şirindirlər, amma hamı onları sevmir. Bəzi bürclərin nümayənd
