Bolqarıstan SOCARın ölkənin yanacaq bazarında mümkün genişlənməsini dəstəkləyir Nazir
Digərləri 04 Apr 2025 11:38:00 359 0
Bolqarıstan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkənin yanacaq bazarında mümkün genişlənməsini dəstəkləyir.
Bu xəbəri də oxu: “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bunu Trend-ə Bolqarıstanın energetika naziri Jeço Stankov Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının Bakıda keçiriləcək iclası ərəfəsində özəl müsahibəsində bildirib.
Nazir qeyd edib ki, ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bulgargaz EAD ilə "Şahdəniz" konsorsiumu arasında mövcud olan uzun müddətli müqavilə çərçivəsində tədarük olunan 1 milyard kubmetr qazla yanaşı, Balkan qaz habında illik 1 milyard kubmetrə yaxın təbii qaz tədarük edib və gerçəkləşdirib.
"Biz SOCAR-ın Balkan qaz habında gerçəkləşdirdiyi qaz həcmlərinin yaxın illərdə qorunub saxlanmasını və hətta artmasını gözləyirik. Biz həmçinin, qazlaşdırma sahəsində əməkdaşlığın genişlənməsində və SOCAR-ın Bolqarıstanda qazın paylanması bazarına çıxışını, o cümlədən, Panaqyurişte şəhəri və digər yaşayış məntəqələrinin qazlaşdırılmasına dəstək göstərməkdə maraqlıyıq", - o əlavə edib.
Stankov Bakıda keçirilən COP29 çərçivəsində, Prezident Rumen Radev və Prezident İlham Əliyevin iştirakı ilə Panaqyurişte bələdiyyəsində yaşayış və ictimai binaların qazlaşdırılmasının inkişafı haqda öhdəlik xarakterli sazişin bağlandığını xatırladıb.
"SOCAR və Bolqarıstanın mis və digər filizlərin hasilatı ilə məşğul olan "Assarel-Medet" şirkəti arasında saziş bağlanıb. İyul ayında bələdiyyənin texniki infrastrukturunun layihələndirilməsi üçün podratçının seçiləcəyi gözlənilir", - deyə o bildirib.
Nazir Avropa İttifaqına üzv dövlət olaraq Bolqarıstanın sabit və proqnozlaşdırıla bilən qanunvericiliyi olan premial enerji bazarı təklif etdiyini diqqətə çatdırıb.
"Biz, eyni zamanda, SOCAR-ın Bolqarıstanda hibrid qazlaşdırma layihəsinə dəstək göstərməkdəyik, sözügedən layihə, magistral və paylayıcı şəbəkəyə qoşulmamış sənaye və sosial istehlakçıların sıxılmış təbii qaz (CNG) tədarükləri vasitəsilə Azərbaycan qazı əldə etmələrinə şərait yaradır.
Bu layihə SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasının inkişafına verdiyi real töhfədir. Bundan savayı, biz SOCAR-ın Bolqarıstan yanacaq bazarında, o cümlədən dizel yanacağı, benzin, aviasiya nefti və neft-kimya məhsullarının tədarükü istiqamətində mümkün genişlənməsinə dəstəkik", - deyə Stankov bildirib.
Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ha
16 fevralda keçirilən dövlət qulluğuna qəbul imtahanlarında uğur əldə
Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz tə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz
Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslə
Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri iddia edir ki, içməli suya
Ermənistan ərazisində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yen
Xəbər verdiyimiz kimi, Tovuzda itkin düşən məktəbli qız tapılıb. Tovuz
ChatGPT mətn yazmaq, kodları düzəltmək, tibbi nəticələri analiz etmək
Avropa Parlamenti təcili prosedura əsasında Azərbaycan tərəfindən guya &q
"Kişi səhv etmək, qadın isə ona göz yummaq üçün yaranıb".
Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb. Ötən ild
Ağdamda insan skeletinin qalıqları aşkar edilib.
