"Avtomobillər sıradan çıxır" Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR


Digərləri 06 Apr 2025 18:59:00 114 0

"Avtomobillər sıradan çıxır"  Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR

"Avtomobilimin yeni olmasına baxmayaraq, məhz benzinin keyfiyyətsizliyi səbəbindən mühərrik və yanacaq sistemində ciddi problemlər yaranıb. Usta benzinin tərkibində çirkli qatqıların olduğunu bildirib".

Bu fikirlər sürücü Əliyə məxsusdur. Digər sürücü Natiq də eyni problemdən əziyyət çəkdiyini bildirir.

"Maşın ustalarında növbədir, əksəriyyəti də keyfiyyətsiz yanacağa görədir. Sosial şəbəkələrdə hamı etibarlı yanacaqdoldurma məntəqəsi axtarır. Benzinə nə istəsələr qatırlar, buna da nəzarət edən yoxdur".

Digər sürücü isə iddia edir ki, mütləq qatqılardan istifadə etmək lazımdır: "Benzindən sonra 15-20 manatlıq qatqı əlavə etməsəm, avtomobildən boğucu səs gəlir. Benzin çəninin içi isə, elə bil qum torbasıdır".

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Vətəndaşların hüquqları pozulur

Azərbaycanda sürücülər son illərdə yanacağın keyfiyyəti ilə bağlı müxtəlif şikayətlər səsləndirirlər. Sosial şəbəkələrdə benzinin keyfiyyətsiz olması ilə yanaşı, əskik vurulması, qiymətinin səhv göstərilməsi ilə bağlı iddialar da mövcuddur. Hətta millət vəkili Razi Nurullayev də Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqlarının ciddi şəkildə pozulduğunu deyir. Millət vəkili bildirir ki, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: "Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir davam edir, eyni pozuntular bu gün də baş verməkdədir. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu, 60-90 km fərq edir? Ona görə ki, benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram".

Mətbuatda Abşeron rayonu, Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu ilə bağlı da məlumatlar yayılıb. İddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb. Bir müddət öncə isə yanacaqdoldurma məntəqələrindən biri benzinə su qarışdığını etiraf etmişdi.

"YDM-lər qazanca görə keyfiyyəti aşağı salırlar"

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yanacaq məsələsi sürücülərin yaralı yeridir: "Özüm də bunun şahidi olmuşam. Bu yaxınlarda avtomobili qadın idarə edirdi, mən də maşında idim və arxa şüşədən aparatdakı rəqəmlərə baxırdım. 19 manat 30 qəpik əvəzinə 24 manat 30 qəpik hesabladılar. Etirazımı bildirdim, rəqəm yenidən 19 manat oldu. Avtomobili elə saxlamaq lazımdır ki, rəqəmlərə diqqət edəsən".

Salyanda “Kia” yandı like
  • 06 Apr 18:48  
Digərləri Salyanda “Kia” yandı

Salyan şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik his

arrow Ətraflı
Azərbaycanda aktyorlara hücum oldu: bığlarını qırxdılar və… like
  • 06 Apr 18:46  
Şou-biznes Azərbaycanda aktyorlara hücum oldu: bığlarını qırxdılar və…

Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib

arrow Ətraflı
"Tənqidlərə görə verilişi dayandırdıq" like
  • 06 Apr 18:35  
Şou-biznes "Tənqidlərə görə verilişi dayandırdıq"

Aparıcı Elgiz Əkbər evlilik verilişinin bağlanmasının səbəbini açıql

arrow Ətraflı
Azərbaycana 1 ayda 69 kq insan saçı gətirildi  Qiymətlər like
  • 06 Apr 18:28  
Digərləri Azərbaycana 1 ayda 69 kq insan saçı gətirildi Qiymətlər

Bu ilin ilk ayında Banqladeş, Çin və Türkiyədən toplamda 69.4 kq insan sa

arrow Ətraflı
AnkaraBakıTiflis yeni əməkdaşlıq mexanizmi yaradır like
  • 06 Apr 18:11  
Siyasət AnkaraBakıTiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentləri arasında üçtərəfli əməkd

arrow Ətraflı
Salyanda xəsarət alan fəhlənin vəziyyəti ilə bağlı YENİ XƏBƏR like
  • 06 Apr 18:03  
Digərləri Salyanda xəsarət alan fəhlənin vəziyyəti ilə bağlı YENİ XƏBƏR

Dünən Salyanda fəhlənin iş zamanı xəsarət alması barədə məlumat verm

arrow Ətraflı
Yaşayış binasında yanğın  aktrisanın meyiti aşkarlandı like
  • 06 Apr 17:50  
Digərləri Yaşayış binasında yanğın aktrisanın meyiti aşkarlandı

Ötən gecə Moskvada Lesnoy küçəsində altımərtəbəli binada yanğın olu

arrow Ətraflı
Türk Hava Yolları bu ölkəyə uçuşları dayandırdı like
  • 06 Apr 17:42  
Digərləri Türk Hava Yolları bu ölkəyə uçuşları dayandırdı

Türk Hava Yolları və "EgyptAir" hava yolu şirkətləri təhlükəs

arrow Ətraflı
7 nəfər bu gün keçirilən imtahanlara buraxılmadı  SƏBƏB like
  • 06 Apr 17:36  
Digərləri 7 nəfər bu gün keçirilən imtahanlara buraxılmadı SƏBƏB

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 06 Apr 17:27  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Bu rayonumuzun ictimai yerlərində müasir incəsənət əsərləri qurulur like
  • 06 Apr 17:19  
Kriminal Bu rayonumuzun ictimai yerlərində müasir incəsənət əsərləri qurulur

Tarixi Şamaxı şəhəri həm də müasir incəsənət məkanına çevrilməkd

arrow Ətraflı
"SpaceX" 28 "Starlink" peykini orbitə çıxardı like
  • 06 Apr 17:09  
Dünya "SpaceX" 28 "Starlink" peykini orbitə çıxardı

"SpaceX" şirkəti "Falcon 9" raketinin uğurlu buraxılış

arrow Ətraflı
Bakıda ağac evin üzərinə aşdı: Çatlar yarandı like
  • 06 Apr 17:03  
Digərləri Bakıda ağac evin üzərinə aşdı: Çatlar yarandı

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 154 ünvanında yerləşən

arrow Ətraflı