Lənkəranda yük avtomobili çaya aşdı FOTO
Digərləri 01 Mar 2025 23:35:00 345 0
Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sürücü xəsarət alıb.
Bu xəbəri də oxu: Bəzi çaylardan sel keçəcək
Son.az-ın verdiyi xəbərə görə hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi "Ford Transit" markalı yük avtomobili hərəkətdə olarkən, nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 metr hündürlükdən Girdəniçaya düşüb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, Lənkəran rayonu Girdəni kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü rayon sakini 1 nəfər (kişi cinsli) şəxs alının sıyrılmış, didilmiş yarası, kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Kənd sakinləri deyir ki, sözügedən yolda torpaq qatı dağılıb və həmin yolun eni 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb də qarlı yolda nəqliyyat vasitəsinin sürüşməsi olub.
Faktla bağlı araşdırma aparılır. /APA Son.az
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kolumbiya Konqresini
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna Prezidenti Volodimir
Volodimir Zelenski Ukraynanın prezidenti olduğu ilk gündən çətinliklərlə
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir
19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna
Ramazan ayının ilk gününü yaşayırıq.
Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keç
Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms
Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə Newark Hava
Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövr
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Star
Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın bir neçə günd
