Bu rayonlarımızda zəlzələ gözlənilir: hava kəskin dəyişəcək – Nə baş verir?
Digərləri 10 Apr 2025 07:51:00 110 0
Son günlər bölgədə qəribə təbiət hadisələri müşahidə edilir. Belə ki, Rusiya və Türkiyəyə aprel ayında qar yağır, eyni günlərdə Gürcüstan, İran və yenə Rusiyada ardıcıl zəlzələlər olur. Bu gündən etibarən Azərbaycanda da havanın kəskin dəyişəcəyi bildirilir. Paralel olaraq, zəlzələlərin baş verəcəyi istisna edilmir.
Bu xəbəri də oxu: Ayaq və əllərdəki göbələyi 1 gündə yox edir Təbii MÖCÜZƏ
Regionumuzda nə baş verir? Belə təbiət hadisələri necə izah edilməlidir?
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bölgədə son günlər müşahidə edilən təbiət hadisələri təkcə lokal deyil, daha geniş coğrafi və iqlim proseslərinin nəticəsidir:
"Bu hadisələrin Azərbaycana da təsir etməsi gözləniləndir. Bunu həm geofiziki, həm də iqlim baxımından izah etmək olar. Ölkəmiz də daxil olmaqla, Cənubi Qafqaz regionu seysmik aktiv zonada yerləşir. Gürcüstan, İran və Rusiyada qeydə alınan ardıcıl zəlzələlər bu bölgədəki tektonik gərginliyin artdığını göstərir. Ərəbistan və Avrasiya plitələrinin toqquşma zonasında yerləşən ölkəmizdə də zəif və ya orta güclü zəlzələlərin baş verməsi mümkündür, xüsusilə Zaqatala, Şamaxı, Gəncə və Talış dağlıq zonalarında".
Ekoloq bildirib ki, Türkiyə və Rusiyada apreldə qar yağması, qeyri-mövsümi yağıntılar və güclü küləklər atmosfer dövriyyəsində yaranmış pozuntularla əlaqəlidir:
"Bu da, öz növbəsində, qlobal istiləşmənin və iqlim dəyişikliyinin fəsadlarından biridir. Havanın stabil olmaması, temperaturun kəskin dəyişməsi və soyuq hava kütlələrinin gözlənilməz hərəkəti Azərbaycanda da qeyri-sabit hava şəraiti yarada bilər. Yəni güclü küləklər, lokal dolu, leysan və hətta şaxta ehtimalı az deyil. Hazırda dünyada müşahidə olunan iqlim anomaliyasının əsas səbəblərindən biri də 2024-2025-ci illərin "El Ninyo" ili olmasıdır. Bu hadisə Sakit okean səth sularının anormal istiləşməsi ilə müşayiət olunur və qlobal atmosfer dövranına ciddi təsir edir. Məhz buna görə də bu il bir çox bölgədə, o cümlədən bizim regionda hava şəraiti normadan kəskin şəkildə fərqlənir".
C.Bəxtiyar qeyd edib ki, Azərbaycanda zəlzələ riski var:
"Tektonik stressin bölgə üzrə yayılması fonunda zəif və ya orta güclü təkanlar mümkündür. Hava şəraitində kəskin dəyişmələr baş verə bilər, yəni sürətli istiləşmə və soyuma, qeyri-mövsümi yağıntılar və küləklər gözləniləndir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların artdığı günlərdə torpaq sürüşməsi və sel riski də aktualdır". Son.az
Tailandın paytaxtı Banqkokda süpürgəçi işləyən xanım bir anda məşhur

Yaxın 30 gündə bürcün üç əlaməti gəlirlərini artırmaq və maddi vəz

Əməkdar artist Mətanət İsgəndərli illər əvvəl şair-bəstəkar Xanım

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərç

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yan

Avropa İttifaqı (Aİ) ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışını kəsm

Yeni bir tədqiqat süni intellektin ölümcül ürək ritm pozğunluqlarını

Alman avtomobil istehsalçısı "Audi" ABŞ Prezidenti Donald Trampın

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial verilişlərdə ehtiyacı olan

Rusiyanın Xalq artisti Filipp Kirkorov paylaşımı ilə dillərə düşüb.
