KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib
Digərləri 11 Apr 2025 11:47:10 375 0
Keniyaya səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər keçirib, Keniya iş adamlarının Azərbaycanın biznes və investisiya imkanları barədə suallarını cavablandırıblar.
Bu xəbəri də oxu: Bakıda piyadaların vurulduğu dəhşətli qəzalar Anbaan görüntülər
Trend xəbər verir ki, Dünya Palata Federasiyasının Afrika Sammitində ("WCF Africa 2025) iştirak etmək, eləcə də sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Nayrobi şəhərində səfərdə olub.
Dünyanın 70-ə yaxın ölkəsindən ticarət palatalarının təmsilçilərinin və iş adamlarının qatıldığı tədbirdə KOBİA nümayəndələri aidiyyəti qurum və təşkilatlarla fikir və təcrübə mübadiləsi aparıblar.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Keniyanın İxracın Təşviqi və Brendinq Agentliyinin (KEPROBA) baş direktoru Floys Mukabana, Keniya Milli Ticarət və Sənaye Palatasının (KNCCI) baş direktoru Ahmed Farah və vitse-prezidenti Mustafa Ramadhan, kooperativlər və mikro, kiçik və orta müəssisələrin inkişafı naziri Vycklif Oparanya, eləcə də Dubay Ticarət Palatasının vitse-prezidenti Hasan Əl Haşemi, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşlər keçirib. Görüşlərdə Keniya ilə ticarət əlaqələrinin inkişaf perspektivləri və bu sahədə KOB-ların iştirakı, sahibkarlar arasında əməkdaşlıq, biznesə dəstək və xidmət göstərən strukturlar arasında münasibətlərin qurulması, sahibkarlıq sahəsində təcrübə mübadiləsi, biznes imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənmə
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin əsas mərhələsi o
2023-cü ilin avqust ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentli
Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onu
Müğənni Mehin Hümbətova tıxaclardan şikayət edib.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda
26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin dünən xəstəx
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda "BYD" markalı avtomobil
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidməti
