İranla sərhəddə atışma: Ölən və saxlanılan var
Digərləri 12 Apr 2025 14:30:00 366 0
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu xəbəri də oxu: Tanınmış aparıcıya ağır İTKİ
Son.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.
Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və
Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlan
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həy
Zəngəzur dəhlizi Ermənistanın iqtisadi təcriddən çıxması üçün yaxş
Trabzonun Akçaabat rayonunda yaşayan 66 yaşlı Fatma Karabacak udduğu meyv
Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra re
Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əm
12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu
"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cəna
Yunanıstanda keçirilən rəsmi parada Türkiyə əleyhinə şüarlar səslənd
Xəbər verdiyimiz kimi, Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir.
Ukraynanın taleyinə bilavasitə təsir edən Rusiya-ABŞ danışıqlarında Mo
İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
