Azərbaycanda 71 yaşlı kişi haqsız yerə mühakimə edilir?
Digərləri 14 Apr 2025 12:39:00 114 0
71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunub.
Bu xəbəri də oxu: "Tamstore"da müdir xanım işçini döydü VİDEO
Ahıl yaşında haqsız yerə mühakimə edildiyini düşünən vətəndaş "Qafqazinfo"ya müraciət edib. Onun sözlərinə görə, ittiham edildiyi hallar üzrə əleyhinə heç bir mötəbər sübut təqdim olunmayıb. N.Xudaverdiyev işinin xüsusilə Məhkəmə-Hüquq Şurası tərəfindən nəzarətə götürülməsini istəyir.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxs "Our Orchards" MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bu gün Xudaverdiyev məhkəmənin ədalətli hökm çıxaracağına ümid edir: "Özünü zərərçəkmiş kimi təqdim edən köhnə dostum müxtəlif vasitələrlə məhkəməyə təsir etməyə çalışır. Hətta bunu çəkinmədən açıq şəkildə dilə gətirir. Məhkəmə də bu hərəkətlərinə görə ona irad bildirir. Mən heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm. Əleyhimə heç bir mötəbər sübut təqdim olunmayıb. Zərərçəkmişin istintaqda və məhkəmədə müxtəlif ifadələr verməsi, şahidlərin əvvəl başqa, məhkəmədə isə başqa cür danışması, eyni zamanda sənəd saxtalaşdırma ilə bağlı irəli sürülmüş ittihamın əsassızlığını sübut edən ekspert rəylərinin mövcudluğu bunun bariz nümunəsidir. Ekspertiza müəyyən edib ki, həmin sənəddəki imzaların heç biri mənə məxsus deyil, amma yenə də ittiham tərəfi əksini iddia edir".
Müttəhimin vəkili Esmira Tağıyeva isə müdafiə çıxışına hazırdır. Xanım vəkilin sözlərinə görə, əllərində müvəkkilinin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar var, növbəti iclasda onlar tək-tək məhkəməyə təqdim ediləcək: "Elə prosesin gedişini tamamilə dəyişə biləcək sübutlarımız var. Həmçinin biz əlavə şahidlərin hakim qarşısında dindirilməsini istədik. Bu vəsatətimiz də təmin edilib. Lakin müvəkkilimin də dediyi kimi istintaq və məhkəmə mərhələsində müşahidə etdiyimiz təzyiqlər bizi ciddi şəkildə düşündürür. Narahatıq ki, bəzi təzyiqlər nəticəsində 71 yaşlı bir insanın ömrünün son illəri həbsdə keçə bilər. Bu da təkcə hüquqi yox, həm də mənəvi faciə olar".
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən ba

Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl

Müğənni Mətanət Əsədova "Mən sənətkar deyiləm" ifadəsi il

"Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün ha

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlay

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı

Son zamanlar bir çox insanlar dələduzların qurbanına çevrilirlər. Onları

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti i

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 &quo

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad

Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyy

Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" q

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib.

Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar batalyonunun kom
