Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ
Digərləri 14 Apr 2025 14:06:00 87 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir.
Bu xəbəri də oxu: Bu şəxslərə işə gəlməsələr də 6 ay maaş veriləcək YENİLİK
Son.az xəbər verir ki, bu barədə Mərkəzin məlumatında bildirilib.
Qeyd edilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə məsuliyyət yaradır.
Son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin, AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" Əmri barədə məlumatlandırılır. Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir. Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes və Menecment" f

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sür

Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasib

Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaqla hədələyib və onl

"YouTube"un ən çox izlənən videosu "Baby Shark Dance"

"KAT Holdinq" MMC-nin təsisçisi və direktorunun cinayət işi üzr

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələ

Axırıncı dəfə "Kör Nokta" serialında rol ifa edən Rabia Soyt

Britaniyalı məşhur aktrisa Jan Marş 90 yaşında dünyasını dəyişib.

Tarix geriyə döndükdə, bunu gurultu ilə deyil, alman bürokratiyasının pr

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cina

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən ba
