Xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyoldusuna çıxdı TƏFƏRRÜAT


Digərləri 14 Apr 2025 14:42:00 108 0

Xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyoldusuna çıxdı  TƏFƏRRÜAT

Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib - red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır: "İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdu".

Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb: "Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim. 

Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçlarından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçlarından tutdum. O da mənim saçlarımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim". 

Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir: "Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən 3 gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam elədim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu. 

Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə "sən get, mənim Sevillə söhbətim var" dedi. Məmməd də getdi". 

Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib: "Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.   Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördüyü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi". 

Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib./Teleqraf

/
Ən tez evlənən bürclər AÇIQLANDI like
  • 14 Apr 14:39  
Digərləri Ən tez evlənən bürclər AÇIQLANDI

Astrologiyada bürclərin sevgi və münasibətlərə yanaşması fərqli olur.

arrow Ətraflı
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi  7 ay əvvəl işdən çıxmışdı like
  • 14 Apr 14:35  
Digərləri Anar Bayramov onu bu dəfə müşavir təyin etdi 7 ay əvvəl işdən çıxmışdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Döv

arrow Ətraflı
Taksi sürücüləri psixoloji müayinədən keçməlidir  Son dəhşətli qəzanın nəticələri like
  • 14 Apr 14:25  
Digərləri Taksi sürücüləri psixoloji müayinədən keçməlidir Son dəhşətli qəzanın nəticələri

"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürüc

arrow Ətraflı
Azərbaycan XİN fransalı nazirə cavab verdi like
  • 14 Apr 14:23  
Siyasət Azərbaycan XİN fransalı nazirə cavab verdi

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidm

arrow Ətraflı
ABŞın iqtisadi gələcəyi təhlükədə like
  • 14 Apr 14:19  
Dünya ABŞın iqtisadi gələcəyi təhlükədə

ABŞ prezidenti Donald Trampın "ticarət müharibəsi" siyasəti icti

arrow Ətraflı
Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ like
  • 14 Apr 14:06  
Digərləri Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən əhalinin həyat

arrow Ətraflı
Xəzər dənizində zəlzələ oldu like
  • 14 Apr 13:58  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Azərbaycanda 1ci kurs tələbəsi ürəktutmasından vəfat etdi like
  • 14 Apr 13:45  
Digərləri Azərbaycanda 1ci kurs tələbəsi ürəktutmasından vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes və Menecment" f

arrow Ətraflı
Dənizdə dalğanın hündürlüyü 6 metrə çatacaq  XƏBƏRDARLIQ like
  • 14 Apr 13:39  
Digərləri Dənizdə dalğanın hündürlüyü 6 metrə çatacaq XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm

arrow Ətraflı
Aeroport yolunda "ara işləmək" istədi qəzaya düşdü  Anbaan görüntülər like
  • 14 Apr 13:30  
Digərləri Aeroport yolunda "ara işləmək" istədi qəzaya düşdü Anbaan görüntülər

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sür

arrow Ətraflı
Romantika, yüksək qazanc və... Bu gün bürcləri nə gözləyir? like
  • 14 Apr 13:21  
Digərləri Romantika, yüksək qazanc və... Bu gün bürcləri nə gözləyir?

Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasib

arrow Ətraflı
Əlcəzair fransalı diplomatlara vaxt qoydu: 48 saata ölkəni tərk edin like
  • 14 Apr 13:20  
Dünya Əlcəzair fransalı diplomatlara vaxt qoydu: 48 saata ölkəni tərk edin

Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaqla hədələyib və onl

arrow Ətraflı
"YouTube"da ən çox izlənən video bu imiş like
  • 14 Apr 13:15  
Digərləri "YouTube"da ən çox izlənən video bu imiş

"​YouTube"un ən çox izlənən videosu "Baby Shark Dance"

arrow Ətraflı
Sabah şimşək çaxacaq, leysan yağacaq like
  • 14 Apr 13:03  
Digərləri Sabah şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələ

arrow Ətraflı