Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi


Digərləri 15 Apr 2025 18:35:00 120 0

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.

Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: "Onların məqsədi torpaqları işğal etmək idi".

Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: "Döyüş yoldaşlarımdan biri qucağımda can verdi".

İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.

Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.

Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. "Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım", - deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.

"Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar", - deyə o vurğulayıb.

Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: "Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi".

Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.

Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az 

Səhiyyə xərcləri 3,8 faiz artırılacaq like
  • 15 Apr 18:31  
Digərləri Səhiyyə xərcləri 3,8 faiz artırılacaq

Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.

arrow Ətraflı
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir like
  • 15 Apr 18:26  
Digərləri Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına

arrow Ətraflı
Küləklə bağlı qırmızı xəbərdarlıq like
  • 15 Apr 18:23  
Digərləri Küləklə bağlı qırmızı xəbərdarlıq

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgəl

arrow Ətraflı
"Nissan"a daha bir zərbə  İşçiləri çıxartdılar, istehsalı dayandırdılar like
  • 15 Apr 18:16  
Digərləri "Nissan"a daha bir zərbə İşçiləri çıxartdılar, istehsalı dayandırdılar

Çətin günlər yaşayan "Nissan"a bir zərbə də ABŞ-dən gəlib.

arrow Ətraflı
Rusiyada mədən uçdu like
  • 15 Apr 18:10  
Digərləri Rusiyada mədən uçdu

Rusiyanın Rostov vilayətində "Sadkinskaya" yeraltı mədəni uçub. Milli.A

arrow Ətraflı
Restoranlarda yeyibiçib pul ödəmirlər like
  • 15 Apr 18:05  
Digərləri Restoranlarda yeyibiçib pul ödəmirlər

Avropa bu ata və oğuldan danışır. Belə ki, onlar üç il ərzində yüzd

arrow Ətraflı
Himalay Məmişov nazir müavini təyin edildi like
  • 15 Apr 18:02  
Digərləri Himalay Məmişov nazir müavini təyin edildi

Prezident İlham Əliyevin Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliy

arrow Ətraflı
️Anar Kərimov vəzifəsindən azad edildi like
  • 15 Apr 18:01  
Digərləri ️Anar Kərimov vəzifəsindən azad edildi

Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Mehman oğlu Kərimov maliyyə

arrow Ətraflı
Xətaidəki yanğında tüstüdən zəhərlənən olub  TƏBİB like
  • 15 Apr 18:00  
Digərləri Xətaidəki yanğında tüstüdən zəhərlənən olub TƏBİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15.04.2025-c

arrow Ətraflı
Sarnişinlərə ŞAD XƏBƏR  Bakıda bu marşrutun yolu uzadıldı like
  • 15 Apr 17:55  
Digərləri Sarnişinlərə ŞAD XƏBƏR Bakıda bu marşrutun yolu uzadıldı

Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin

arrow Ətraflı
Mehmet Ali Ərbilin cəzası bəlli oldu like
  • 15 Apr 17:53  
Şou-biznes Mehmet Ali Ərbilin cəzası bəlli oldu

Türkiyəli şoumen Mehmet Ali Erbil qanunsuz mərc oyunlarının reklamını et

arrow Ətraflı
Uşaq çarpayılarında zəhərli maddə tapıldı  Valideynlərin diqqətinə like
  • 15 Apr 17:48  
Digərləri Uşaq çarpayılarında zəhərli maddə tapıldı Valideynlərin diqqətinə

Kanadalı tədqiqatçılar sintetik uşaq döşəklərində istifadə olunan ki

arrow Ətraflı
Məşhur aktyor "Mall"da azıb qaldı  FOTO like
  • 15 Apr 17:41  
Şou-biznes Məşhur aktyor "Mall"da azıb qaldı FOTO

Türkiyəli məşhur aktyor Ertan Sabanın başına iş gəlib. 

arrow Ətraflı
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilir like
  • 15 Apr 17:36  
Digərləri Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilir

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq like
  • 15 Apr 17:32  
Digərləri Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq

Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-hey

arrow Ətraflı