Kartofun qiyməti niyə qalxır? Bu tarixdə
Digərləri 15 Apr 2025 20:23:00 428 0
"Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır".
Bu xəbəri də oxu: Xırdalanda binada yanğın baş verib
Bunu Ajans.az-a açıqlamasında son vaxtlar kartofun qiymətinin artması ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır.
"Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur".
Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:
"Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək". Son.az
Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisindən sonra səhhətində probl
Ucarda xəstə norkozdan sonra komaya düşüb.
Ölüm ayağında olan insanların ən çox peşman olduqları şeylər barədə
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili
Xalq artisti Miri Yusifin həyat yoldaşı "food" bloger Nərgiz Mirba
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində yanğ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Hey
Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatı
Yaponiya hökuməti ölkədəki Yaponiya vətəndaşlarının sayının əvvəlk
Aprelin 14-də Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər
Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına
